Ayaqqabı ilə namaz qılmağın icazəli olmasına dair hədislər varmı?
Sual:
Salam aleykum, ayaqqabı ilə namaz qılmağa dair səhih hədislər varmı?
Cavab:
Aleykum salam. Ayaqqabılar təmiz olarsa, onlarla namaz qılmaq icazəlidir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) həm özü ayaqqabıda namaz qılmış, həm də səhabələrinə bunu əmr etmişdir.