oruc
Anam oruc tutmağa icazə vermir, nə edim?
Uşaqlar günün yarısına kimi oruc tuta bilərlərmi?
Salam aleykum. Həddi-büluğa çatmayan uşaqlara oruc tutmaq vacib deyil. İbadətlərə həvəsləndirmək baxımından, oruc tutmaq uşağa ağır deyilsə, günün yarısına qədər və ya tam oruc tuta bilər.
2017-ci ildə Ramazan ayı nə vaxt girir?
Və aleykum Salam. Bu ilki fətvada Ramazan ayı 2017-ci ildə May ayının 27-sinə düşdüyü elan edilib.
Heyzli qadın oruc tuta bilərmi?
Salam aleykum. Heyzli qadın oruc tuta bilməz. Ramazan ayında heyzli qadın orucları qəza edir, tutmadığı günlərini heyzdən qurtarandan sonra yerinə yetirir.
Dərman qəbul edən adama oruc tutmaq vacibdirmi?
Salam aleykum. Dərmanları oruca başlamazdan qabaq və iftardan sonra qəbul etmək imkanı varsa, belə halda oruc tutmaq olar. Əgər dərmanlar ciddi qrafiklə qəbul edilməlidirsə və qəbul edilmədikdə ağır nəticələr verəcəksə, orucu tutmayıb qəzasını sağalandan sonra tutmaq lazımdır.
Arzunun həyata keçməsi üçün oruc tutmaq və salavat demək olarmı?
Günahların bağışlanması üçün oruc tutmaq olarmı?
1. Niyyəti dil ilə deməyə ehtiyac yoxdur. Niyyətin yeri qəlbdir. Sadəcə bilməyiniz ki, "sabah Ramazan orucunun qəzasını tutacam"- artıq bu niyyətdir.
Rəcəb ayının digər aylardan üstünlüyü varmı?
Cümə günü oruc tutmağa icazə varmı?
Və aleykum Salam. Bu cavabı oxuyun: "Cümə günü oruc tutmaq olmaz" hədisinin mənbəsini yaza bilərsinizmi?