oruc

Azərbaycanın rayonlarında iftar vaxtının Bakı ilə fərqini yaza bilərsinizmi?

    28.06.2016
Sual: 
Salam Eleykum.ilk once Ramazan ayiniz mubarek.size sualim Ramazan orucunu hansi vaxtla tutaq?sizin yazdiginiz vaxtla qafqaz muselmanlari idaresinin verdiyi vaxt ust uste duwmur.birdeki rayonlardaki vaxtla baki vaxti arasindaki ferqi yazardiniz zehmet olmazsa mes:terter rayonu ucun.cox xahiw edirem mumkunse bu sualimi tez cavablandirardiniz.cunki men ve yoldawim bu saytda yazilan vaxt ile tuturug orucumuzu ama mene sehv etdiyimi deyirler.onceden tewekkur edirem
Cavab: 

Və aleykum Salam. İftar günəş batan kimi açılır.

İmtahanlara görə oruc tuta bilmirəm, nə edim?

    22.06.2016
Sual: 
Salam Ramazan ayinda oruc tutmaq isdeyirem ama imtahanlara gore tuta bilmirem ne edim
Cavab: 
Və aleykum Salam. Siz Allaha dua edin ki, Allah sizə asanlaşdırsın. Uca Allah buyurur: "Allahdan qorxana, Allah çıxış yolu göstərər". (ət-Talaq, 2). Ramazan orucu hər bir həddi buluğa çatan müsəlmana vacibdir. İstisna səfərdə olan və xəstələrədir.

Sahur vaxtı azan qurtarana qədər yeyib-içmək olar?

    22.06.2016
Sual: 
Önce aleykum salam. (Xaiw edirem suallarimi cavablayin) Bibim oruc tutur amma bezen vaxti çatdira bilmir yemeyi azan verilene qeder bitire bilmir bununda gunah olacagindan qorxur soruwurki azan verilende yemeyi qutara bilmiremse azan qutarana qeder orucumu tuta bileremmi
Cavab: 

Salam aleykum. Bu kimi şeylər məişət halıdır və yemək bişirməyi çatdıra bilməmək günah deyil.

Yaxınlıq olmayıbsa, oruc tutmamışdan qabaq qüsl almaq lazımdır?

    22.06.2016
Sual: 
salam. men aileliyem ve ramazan ayinda oruc tuturam.Sualim budu ki gece erimle yatib uzr isteyirem ama cinsi elaqe olmamissa seher imsaka duranda cenabet quslu etmek,yataq ortulerini deyismek vacibdi?
Cavab: 

Və aleykum Salam. Hər bir halda cinsi yaxınlıq və ya məni ifraz olmayıbsa, qüsl almağa ehtiyac yoxdur. Həmçinin, təmiz olan yatağı da dəyişməyə ehtiyac yoxdur. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Ramazanda oruc tutmayan adam hansı duaları oxumalıdır?

    18.06.2016
Sual: 
Ramazan ayi boyunca namazda oruc tutmayan insan hansi dualari oxumalidi?nece ve ne cur?
Cavab: 
Salam aleykum. Ramazan ayında oruc tutmamaq böyük günahdır və orucu əvəz edəcək dua yoxdur. Uca Allah buyurur: "(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar.

Pages