oruc

Oruc vaxtı qoxu gəlməsin deyə ağız yaxalayan vasitələrdən istifadə etmək olar?

    08.06.2016
Sual: 
Ramazan ayinda oruc tutarken agizdan qoxu gelmesinin qarsisini almaq ucun agiz yaxalayici vasitelerden istifade etmek olar mi?
Cavab: 

Salam aleykum. Oruc tutarkən ağızdan gələn qoxuya görə utanmaq lazım deyil. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Oruc bir qalxan­dır. (Cəhənnəm odundan qoruyan sipərdir). Qoy oruc tutan adam günah işlər görməsin və cahillik etməsin.

İmsak nədir?

    30.05.2016
Sual: 
Salam Aleykum . Imsak nedi ? Namaz 5 ruketlidi? Imsak isder sunude isder siyede qilina biler.? Cavabi deyerdizde coxsagolun Allah razi olsun. Amin
Cavab: 

Və aleykum Salam. İmsak namaz adı deyildir. İmsak - oruc tutacaq adamın sübh namazı girən vaxta qədər yemək üçün ayrılan vaxtdır. Hədislərdə buna səhur da deyilir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sahur haqqında buyurub: "Sahur yeməyini ye­yin!

Qüsulsuz oruc batil olur?

    30.05.2016
Sual: 
Salam men oruc tuturam axsam boynumda cenabet qusulu var idi səhər durub yuyundum oruc tutdum lakin sonra fikrimden cixdi qusulu verib vermemeyim.bu halda orucum qebuldu
Cavab: 
Və aleykum Salam. Gecə qüsla düşən adamın onun orucuna təsiri yoxdur, çünki qüsl pozulması halı oruc olmayan zaman baş verib. Ona görə də qüslu alıb-almamağınızın yaddan çıxmasının oruca aidiyyatı yoxdur və siz orucu davam edə bilərsiniz.

Namaz, oruc, göz zinası və digər mövzularda suallar...

    21.05.2016
Sual: 
Salam.Sizə bəzi suallarım var.Cavablandırsanız şad olaram.1)Evli qadının yoldaşı icazə verməsə o namaz qıla bilməzmi?2) Üzr istəyirəm qadınlar heyz zamanı salavat verə və bəzi duaları oxuya bilərmi? 3) Namazın sonunda yəni bitirdikdən sonra səcdədə Ayetel kürsünü oxuya bilərmi? 4) Namazda təsbehdən istifadə qaydası necədir? Və təsbeh lə niyyət edirlər eşitdiyimə görə bu düzgündürmü? 5) Gözləri zinadan qorumaq üçün nə etmək lazımdır? Bunun üçün bir dua varmı?6) elmlə məşğul olan insanla olmayanın namazı arasında fərqlər varmı?
Cavab: 
Və aleykum Salam.
1. Bu cavabı oxuyun: Ərim və qaynanam namaz qılmağa qoymurlar... 
2. Bu cavabı oxuyun: Qadın heyz halında nələri edə bilməz?

Pages