oruc

Oruc tutmaq haqqında

    20.12.2013
Sual: 
Assalamu aleykum. Size bir sualim var. Men Ramazan ayinda derman atdigim uchun oruc tuta bilmemishem. Bilmek isterdim ki, 30 gun oruc tutsam, gunahim bagishlanarmi? Belə etməyim dogrudurmu?
Cavab: 

Aleykum salam. Oruc tuta bilməyən xəstə və səfərdə olanlar buraxdıqları orucu sonradan tutmalıdırlar. Uca Allah buyurur: "stə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır". (əl-Bəqərə, 185).

Namaz qılmayıb oruc tutanın duası qəbul olurmu?

    19.12.2013
Sual: 
salam Allah ugurlu etsin suabi sizinle olsun. Allah size komey olsun cox sag olun acdiginiza gore. namaz qilmiram amma oruc tuturam her il indide qeza oruclarini tutram onun ucun xususi bir dua oxumaliyam birde ki Allah namaz qilmayib oruc tutanlarin dualarini qebul edirmi xais edirem cavab yazin cox sag olun
Cavab: 

Aleykuməs-salam. Oruc tutmaq üçün xüsusi dua yoxdur. Namaz qılmayıb oruc tutanın duası qəbul olunur. Ona görə də Allaha dua edin ki, Allah sizi namaz qılmağa müvəffəq etsin.

Pages