oruc

Cümə günü oruc tutmaq olarmı?

    30.04.2014
Sual: 
Salam aleykum. Cume gunu oruc tuta bileremmi? Allah razi olsun.
Cavab: 

Aleykum  salam. Sırf cümə günü oruc tutmaq olmaz. Lakin cümə günündən qabaq tutmağa başlamısınızsa, onda cümə gününü də oruc tuta bilərsiniz. Bu nafilə oruclara aiddir. Ramazan orucunda isə cümə günləri də tutulur. 

Anamın əvəzinə nəzir orucu tuta bilərəmmi?

    17.04.2014
Sual: 
Salam aleykum. Anam bir chetinliyinde 3 gun oruc tutmayi niyyet edib. Lakin sonradan ağir xestelenib, oruc tutmaq qeti qadaqandir. Ovladi olaraq men onun evezine niyyet, yeni nezir orucu tuta bileremmi ve mumkundurse, sahur ve iftarda hansi dualar oxunur. Xahis edirem, cavabi cox gecikdirmeyin. Tesekkur edirem.
Cavab: 

Aleykum salam. Əgər ananızın oruc tutmaq imkanı yoxdursa, onda onun əvəzinə tuta bilərsiniz. Oruc tutmağa nəzir edən insan orucu tuta bilmədikdə imkanı varsa kəffarə olaraq nəzir etdiyi günün sayı qədər kasıbların qarnını doyuzdursun.

Unudaraq nəsə yemək və ya içmək orucu pozurmu?

    06.04.2014
Sual: 
Əssələmu aleykum va rahmətullahi va bərakətuhu. Men bilmeden nenemin buzxanadan chixardiği chiyeleyi yedim. Amma heqiqeten yadimdan chixmisdi. Amma orucumu davam etdim. Men gunah qazanmisham? Amma bunu hech kime demedim. Gunahi yaymaq olmaz deye fikirleshdim. Men duzgun hereket etmishem? Birde men size ilahiyyatchiliqla bağli sual vermishdim. Onu cavablandirmaqinizi bir neçe gundur gozleyirem. İnşallah sualimi cavablandirarsiniz. Allah razi olsun.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Cavabı buradan oxuya bilərsiz: Oruclu ikən bilməyərək nəsə yemək və ya içmək orucu pozurmu?

Oruclu ikən üz tüklərini təmizləmək olarmı?

    04.04.2014
Sual: 
Əssələmu aleykum. Oruclu halda ev sheraitinde uz tuklerini temizlemek uchun epilyatordan istifade etmek olarmi? Yeni onu istifade edende uzu bir az incidir deye dushunurem. Belke ozune zulm etmish kimi sayilar ve oruclu halda istifadesi icazeli olmaz. Onceden vereceyiniz cavaba gore Allah razi olsun! Assalamu aleykum.
Cavab: 

Aleykum salam. Tükləri təmizləmək orucu pozmur. Oruc və onu pozan amillər haqqında daha ətraflı  Ramazan orucu  məqaləsindən oxuya bilərsiniz.

Oruclu ikən bilməyərək nəsə yemək və ya içmək orucu pozurmu?

    29.03.2014
Sual: 
Salam aleykum. Oruclu iken bilmeyerekden agiza nese qoymaq orucu batil edirmi?
Cavab: 

Və aleykum Salam. Oruclu ikən bilmədən nəsə yemək və ya içmək orucu batil etmir. Belə ki, hədislərdən birində Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) belə rəvayət olunur: "Kim oruclu olarkən unudaraq yeyər və ya içərsə orucunu davam etdirsin.

Həqiqi müsəlman necə olmalıdır?

    16.03.2014
Sual: 
Salam aleykum. Sizcə əsil dini insan, yaxşı insan necə olmalıdır? Xahiş edirəm suallıma cavab verəsiniz.
Cavab: 

Aleykum salam. Həqiqi müsəlman insanların onun dilindən və əlindən əziyyət görmədiyi insandır. Həmçinin, tək və Uca olan Allaha ibadət edərək yalnız Ona boyun əyən, habelə Peyğəmbərin (salləllahu aleyhi va səlləm) yolunu tutub gedən və Allah Təalanı çox xatırlayandır.

Əgər insan yalnız vacib əməlləri yerinə yetirərsə, Cənnətə düşərmi?

    16.03.2014
Sual: 
Salam aleykum. Insan eger gunde 5 defe namaz qilib, ramazan ayinda oruc tutub, haramlardan bacardigi qeder chekinse, Qurani oxusa ve ona emel etse, cennete dushe bilermi? Allah razi olsun.
Cavab: 

Aleykum salam. Bəli, düşə bilər. Bu barədə rəvayət edlir ki, bir kişi gəlib Peyğəmbərimizə (salləlhu aleyhi və səlləm) belə bir sual verir: "Ey Allahın Rəsulu!

Günahlardan təmizlənmək üçün oruc tutmaq olarmı?

    01.03.2014
Sual: 
Salam aleykum. Men chox gunahkar bir bendeyem. Allah kechsin gunahlarimdan. 3-cü gundur ki, subh ezanina qeder, imsak, axsham ezanindan sonra da iftar achiram oruc tuturam. Düşünurem ki, bu yolla gunahlardan uzaq olaram. Bu cur oruc tutmaq barede etrafli melumat vermeyinizi xahish edirem. Nece tutmali ve.s...? İmkan daxilində mənə bir az geniş izahlı şəkildə açıqlama verərdiz.
Cavab: 

Aleykum salam. Oruc tutmaq gözəl və bəyənilən bir əməldir. Ümumi olaraq hər bir yaxşı əməl pis əməlləri silib aparır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Günah etdikdə ardınca savab iş gör ki, onu silsin". (Tirmizi və Əhməd).

Beş müxtəlif suala cavab

    17.02.2014
Sual: 
Salam aleykum. 1)Bu yaxinlarda bele bir deyim eshitmishem. Guya Cennete geden adam kimise sirat korpusunden kechire biler. Bu dogrudurmu? 2)Derslerin yaxshi olmasi uchun dua varmi? Daha dogrusu ne duasi etsem yaxshi olar? 3) Shie namazi qiliram. Quranda ise yazilib ki, beş vaxt qilmaq lazimdir. Lakin men mektebe ve kursa getdiyime gore ancaq üç defe qiliram. Bu mene gunahdirmi? 4)Birde men bu il oruc tutmaq isteyirem. Amma medem xestedir. Hemde acliga qeti dozumum yoxdur. Sehv basha dushmeyin. Bunlari behane getirmek üçün demirem.
Cavab: 

Aleykum salam. 1)Sirat körpüsündən keçərkən hər kəs öz hayında olacaq və o vaxt kimsə kimsənin imdadına çata bilməyəcək. Hər kəs öz əməlinin müqabilində keçə biləcəkdir.

Pages