oruc

İmtahan verəcəyim gün orucumu aça bilərəmmi?

    28.05.2014
Sual: 
Salam aleykum.Men inshaAllah iyulun 20-si qebul imtahani vereceyem.Hemin gun Ramazan ayina tesaduf edir.Eger men hemin gunu oruc tutmushamsa,yola chixarken orucumu achmaliyammi?ve ya achmasam olarmi?
Cavab: 

Aleykum salam. Ramazan orucunu tutmaq – sağlam, ağıllı və həddi-buluğa çatmış hər bir müsəlmana fərzdir (vacibdir). Xəstə və səfərdə olanlar oruc tutmaya bilərlər. Onlar buraxdıqları orucu sonradan tutmalıdırlar.

Qədr gecəsi ilə bağlı dəqiq və ətraflı məlumat lazımdır

    28.05.2014
Sual: 
Salam aleykum.Men size defelerle sual vermishem ''Ehya gecesi ne vaxta tesaduf edecek?''Amma siz hemishe filan linki oxuyun demisiniz.Bezileri deyir:axir 10 gunden biridir.Menim teqvimimde 3 gun yazilib ki, onlardan biri olmalidir.Sizde deyirsiniz ki,axir 10 gunun tek gecelerinden biridir,Indi hansi duzdur.Sehih hedis ve yaxud Quran ayesi yoxdurmu bununla elaqedar?
Cavab: 

Aleykum salam. Qədr gecəsi ramazan ayının bir gecəsidir. Qədr gecəsinin dəqiq nə vaxt olacağı bilinməməkdədir. Həmçinin, İslam alimlərinin görüşlərinə əsasən qədr gecəsi hər ildə yerini dəyişə bilir.

Ramazan ayında əhya gecələri nə vaxta təsadüf edir?

    25.05.2014
Sual: 
Salam aleykum.Ramazan ayinda ehya geceleri axir on gunun tek gunlerinemi tesaduf edir?Bu doqrudur?Axi menim teqvimimde 3 gunden birine tesaduf edir.Birde men eshitmishem axir on gunun hamisinda oyaq qalmaq lazimdir.Bu doqrudur?
Cavab: 

Ayın görünməsi əlaməti deyildikdə nə nəzərdə tutulur?

    23.05.2014
Sual: 
Salam aleykum.Yeni ayin gorunmesinin elameti dedikde ne nezerde tutulur?ve birde menim hicri teqvimimde Ramazan ayinin 18,20,22-ci gunleri ehya gecesine tesaduf edilir.Indi axir 10 gunun tek gunlerine tesaduf edir ehya gecesi yoxsa menim teqvimimde olduqu kimi?

Qəlb qırmaq və oruc tutmaq barəsində sual

    22.05.2014
Sual: 
Salamu aleykuma,ilk sualim qelb sindirmaq Allahin qezabina ducar olmaqdimi ?? yani bunu gunahi ne derecede boyukdu ? IKinci sualim: oruc tutmaq vacibdi bilirem ,eger iwim fiziki cehetce agirdisa yani zeiflik flan olsa tutmaq olar yene oruc?? Tewekkur edirem onceden.
Cavab: 

Aleykum salam.
1. İnsanın haqsız yerə qəlbini qırmaq günahdır. Daha ətraflı: Qəlb qırmaq günahdırmı?
2. Əgər söhbət ramazan ayının oruclarından gedirsə, bu zaman mütləq tutmaq lazımdır.

Cənazə namazı necə qılınır və digər suallar

    16.05.2014
Sual: 
Salam aleykum ve rahmatullah. 1) Qardash chimmek ve yatmaq orucu pozurmu? Yeni hava istidir ona gore yaxalanib chixiram, yuxum gelir yatiram. 2) Cenaze namazi nece qilinir ve hemcinin deqiq sozderi nece olur? 3) Bir kimse islama devet edir, ancaq onu devet etmeye imkan vermirler ve ona qarshi chixirlar. Onlara kafir hökmu dushur, yoxsa fasiq? 4) Qulun Allaha en yaxin hali secde halindadir ve men sunnet namazinda secdeye gedib oz sozlerimle dua ede bileremmi? Zehmet olmasa bu suallar barede mene etrafli yazin.
Cavab: 

Aleykum salam.
1) Şəriətə görə yuyunmaq və ya yatmaq orucu pozmur.

Pages