oruc

Qadın hamiləlik zamanı qəza orucu tutulmalıdırmı?

    16.01.2014
Sual: 
Salam Aleykum. Movlud Kandiliniz mubarek. Butun muselman baci ve qardashlarim. Menim sualim beledir. Dord (4) ayliq hamileyem, Ramazan ayindan besh (5) qeza orucum qalib. Men ne edim? Ovladim olandan sora novbeti Ramazan ayi girir. Ne etmeliyem? Bilmirem.
Cavab: 

Aleykum salam. Dinində qullarına genişlik və yüngüllük qoyan Allaha həmd olsun!

Namaz qılmayıb, amma islamın digər qaydalarına əməl etsəm, bağışlanarammı?

    16.01.2014
Sual: 
Salam aleykum. Mən namaz qılmayib islamın yerde qalan diger qaydalarına əməl etsəm olarmi? Meselen; Oruc tutub tövbə etmək və.s. Bu nə qədər düzgündür?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə, xeyir işlərdən nəyi bacarırsınızsa onları edin. Amma namaz qılmaq hər bir müsəlmana vacibdir. Əslində namaz sizə günahları tərk etməyə və yaxşı işlər görməyə də kömək olacaq. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl.

Qəza orucları 1-ci və 4-cü günlərdə tutula bilər?

    13.01.2014
Sual: 
Salam aleykum. Qeza oruclarımı 1 və 4-cu günleri tuturam. Bu ne qeder duzdür? Ch ox sag olun bele sayt açdığınıza göre, suallarımızı vere bilirik. Sizde bunları cavablandırırsınız. Allah sizden razi olsun.
Cavab: 

Aleykum salam. Hər birinci və dördüncü günü oruc tutmaq Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) sünnəsindəndir. Bu günlərdə Adəm övladının əməlləri Uca Allaha ərz olunar. "Hər müsəlman və hər bir mömin bu günlərdə bağışlandığı halda, sadəcə ibadətdə nakam olanlar bağışlanmaz.

Təyəmmüm niyyəti necə olmalıdır?

    23.12.2013
Sual: 
Salam aleykum. Teyemmum uchun niyyet nece olmalidir? Qusul ve ya destemaz evezinden olunan teyemmum niyyetleri ayri-ayrdir? Burda zehmeti olanlara chox teshekkur edirem.
Cavab: 

Aleykum salam. Niyyət, məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir. Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: "Əməllər ancaq niyyətə görədir. Hər bir insan niyyət etdiyini əldə edir...".

Namaz qılıb oruc tutmamaq haqqında

    23.12.2013
Sual: 
Salam men namaz qiliram ama oruc tutmuram,yeni acliga qarshi kompleksim olduguna gore.Bu zaman menim namazim qebul olunurmu?
Cavab: 

Aleykum salam. Namaz qılıb oruc tutmamaq namazı batil etmir. Əgər siz vacib orucu, yəni Ramazan ayının orucunu nəzərdə tutursunuzsa, aclığa qarşı olan bir narahatlığa görə onu buraxmaq olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Şübhə və tərəddüd şeytandandır".

Xəstəliyə görə oruc tutmamaq günahdır?

    22.12.2013
Sual: 
Salam aleykum. Menim 16 yashim var ve menim qan azligim oldugu uchun oruc tuta bilmirem. Bu gunahdirmi?
Cavab: 

Aleykum assalam. Uca Allah buyurur: "Müəyyən sayda olan günləri (oruc tutmalısınız). Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar). Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər.

Dəstəmaz alınma qaydası

    20.12.2013
Sual: 
salamueleykum necesiniz cox sagolun bu saiti acdiginiza gore Allah razi olsun. men seher qeza orucunu tutacam destamaz alarken ne demeliyem ve nece almaliyam?
Cavab: 

Aleykum assalam. Oruc tutarkən dəstəmaz almaq vacib deyil. Dəstəmaz almağın qaydasını saytın İslam bölməsindəki Namaz məqaləsindən öyrənə bilərsiniz.

Oruc tutmaq haqqında

    20.12.2013
Sual: 
Assalamu aleykum. Size bir sualim var. Men Ramazan ayinda derman atdigim uchun oruc tuta bilmemishem. Bilmek isterdim ki, 30 gun oruc tutsam, gunahim bagishlanarmi? Belə etməyim dogrudurmu?
Cavab: 

Aleykum salam. Oruc tuta bilməyən xəstə və səfərdə olanlar buraxdıqları orucu sonradan tutmalıdırlar. Uca Allah buyurur: "stə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır". (əl-Bəqərə, 185).

Namaz qılmayıb oruc tutanın duası qəbul olurmu?

    19.12.2013
Sual: 
salam Allah ugurlu etsin suabi sizinle olsun. Allah size komey olsun cox sag olun acdiginiza gore. namaz qilmiram amma oruc tuturam her il indide qeza oruclarini tutram onun ucun xususi bir dua oxumaliyam birde ki Allah namaz qilmayib oruc tutanlarin dualarini qebul edirmi xais edirem cavab yazin cox sag olun
Cavab: 

Aleykuməs-salam. Oruc tutmaq üçün xüsusi dua yoxdur. Namaz qılmayıb oruc tutanın duası qəbul olunur. Ona görə də Allaha dua edin ki, Allah sizi namaz qılmağa müvəffəq etsin.

Pages