oruc

Mənim xəstəliyim olduğuna baxmayaraq oruc tuta bilərəmmi?

    12.05.2014
Sual: 
Salam aleykum. Men oruc tutmaq isteyirem, amma menden her gun meni xaric olur. Yeni bu bir qadin xesteliyidir. Her gun videleni (axinti) gelir. Men oruc tuta bilmeremmi? Yeni o maye shehvet hissi ile gelmir. Sadece her defe gelir. Sualima gore de chox uzr isteyirem. Amma men oruc tutmagi chox isteyrem. Tuta bileremmi?
Cavab: 

Aleykum salam. Oruc tutmaq üçün cənabət qüslu almaq şərt deyildir. Cənabət halında oruc tutmaq olar. 

Həftənin 1-ci və 4-cü günləri oruc tutmaq barəsində nə deyə bilərsiniz?

    12.05.2014
Sual: 
Salam aleykum. Mən belə başa düşdüm ki, ancaq bu aylarda 1-ci və 4-cü günləri oruc tutulur. Amma mən artıq 5-ci ildir ki, hər həftənin 1-ci və 4-cü günləri otuc tuturam. Bu barədə nə deyə bilərsiniz?
Cavab: 
Və aleykum Salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) hər həftənin 1-ci və 4-cü günləri oruc tutardı.
Daha ətraflı: Hədisdə deyilən "evlənməyə gücü çatmayanlar" hansı günlər oruc tutmalıdırlar?

Cənabət halında təyəmmümlə oruc tutmaq olarmı?

    05.05.2014
Sual: 
Salam aleykum. Bir gün de olsa, teyemmumle oruc tutmaq olarmi? Eger olmazsa, bes peygember dovrunde cenabet quslu olanda nece oruc tutublar? O vaxt indiki kimi sherait olmayib axi. Ve yaxud su olmayanda ne etmek lazimdir? Xahiş edirem mene bu barede etrafli melumat vererdiniz. Suallarimizi cavablandirdiginiz uchun size derin teshekkur edirem. Ne yaxshi ki, bu sayt var. Allah sizden razi olsun! Ele olur ki, her gun chimmek olmur!
Cavab: 
Aleykum salam. Oruc tutmaq üçün cənabət qüslu almaq şərt deyildir. Cənabət halında oruc tutmaq olar. Xəstə olduqda və ya su tapmadıqda isə təyəmmüm etməyə icazə verilir. Uca Allah buyurur: "Su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün.

Allah məni bağışlayarmı?

    04.05.2014
Sual: 
Salam aleykum. Menim choxlu gunahim var. Menim chox oglandan xoshum gelib. Amma indi sadece birini sevirem ve men evveller xalam oglunu sevmishem. Amma o kechmishde qalib. Onunla da danishmiriq. Onun gozunde pis qizam. Amma menim ureyim chox temizdir. Ushaqliq sehvlerim chox olub. Amma tovbem var, namaz qiliram ve men defelerle 1-2 qiza shehvet hissi ile baxmisham ve olub da onlarla bir yerde olmusham. Amma sadece dodaqdan opmek olub, bir yerde yatmaq olub. O qizlar qohumlarim olublar. Men tovbe etmishem ki, bir de bele sheyler elemeyecem. Hem de o ushaqligimda olub.
Cavab: 

Aleykum salam. Tövbə etsəniz və bir daha günaha qayıtmasanız, inşallah Allah Təala bağışlayar. Həmçinin, oruc tutsanız və digər yaxşı əməllər etsəniz, buna görə günahlar silinə bilər. Çünki, yaxşı əməllər, pis əməlləri silir.

Xörəyin dadına baxmağın orucu pozmaması nə dərəcədə düzgündür?

    04.05.2014
Sual: 
Salam aleykum. Siz yazmisiniz ki, guya xoreyin dadina baxmaq orucu batil etmir. Bu ne derecede duzgundur?
Cavab: 

Aleykuma salam. Yeməyin dadına baxmaq orucu pozmur dedikdə, yəni, yemək bişirən insanın yeməyin dadına baxıb ağzında olanları qaytarmaq şərti ilə batil etməməsi nəzərdə tutulur. Yoxsa, hər bir kəsin yeməyin dadına baxması nəzərdə tutulmur.

Oruc və niyyət haqqında

    03.05.2014
Sual: 
Salam aleykum. Niyyet edib, sonra da etmemek gunahdir? Meselen men qelbimde niyyet etdim ki, sabah oruc tutacam, amma seherisi gun subh azani oxundugu uchun tutmadim. Bu gunahdirmi? Yaxud da sahur etmeden oruc tutmaq olarmi? Men Ramazan ayinda xestelik sebebiyle oruc tutmadim, amma indi tuturam. İnshAllah Allah bagishlayar. Men ele bu gun oruc tutdum. Amma subh azanindan 5 deqiqe kechmishdi, bu gunahdirmi? Orucum batildirmi?
Cavab: 

Aleykum salam. Bəzi insanlar niyyəti nəzir deməklə qarışdırırlar. Bir işə niyyət etmək onu etmək qərarına gəlmək deməkdir. Nəzir demək isə vəd verməkdir. Siz axşamdan oruc tutmağa niyyət edib səhəri oruc tuta bilmədikdə buna görə sizə günah yazılmır.

Pages