oruc

Sahurun vaxtı nə vaxta qədərdir?

    05.07.2014
Sual: 
Səhər yeməyi nə vaxt dayandırılır, namaza qədər yoxsa azana qədər.
Cavab: 

Aleykum salam. Sahurun (oruc tutmaq üçün səhər yeməyi) vaxtı sübh namazının girməsi vaxtına qədərdir. Bəzi yerlərdə azanın bu vaxtdan gec verilməsinə baxmayaraq, namazın girmə vaxtına qədər sahur yeməyini bitirmək lazımdır.

Oruc zamanı dərman qəbul etmək olarmı?

    05.07.2014
Sual: 
Salam eleykum.Menim medemde qizarti var.Ac olanda yangi vermeye baslayir.Ona gore gun erzinde gerek nese yeyim. Amma indi muqeddes aydir, ehd elemisem bir nece gun de olsa oruc tutacağam inşallah.Medem problem yaratmasa sona kimi tutmaq niyyetim var Allahın köməkliyi ilə. Sualim beledir, medemde güclü ağrı başladığı zaman gun erzinde birce defe mede sakitlesdirici 4-5 qramliq olan dermani ice bileremmi? Eger orucumu batil edirse dozeceyem ne olur olsun. Cox isteyirem oruc tutum.cavaba gore tesekkur edirem.
Cavab: 

Aleykum salam. Oruc zamanı boğazdan içəri heç nə qəbul etmək olmaz, çünki belə etmək orucu pozur.

Çərəkə kitabı oxumaq olarmı və Ramazan ayının hər günün öz xüsusi duası varmı?

    05.07.2014
Sual: 
Çereke kitabi oxumaq olar? Ramazan ayinin her gununun oz duasi var?
Cavab: 
Aleykum salam. Quran və səhih hədislərə (məsələn, əl-Buxari, Muslim, ət-Tirmizi, Əbu Dəvud, ən-Nəsəi, Əhməd, İbn Məcəh, Malik və s.) əsaslanan kitabları oxumaq olar, zəif və uydurma mənbələrə əsaslanan kitabları isə oxumaqdan çəkinmək lazımdır.

Oruclu ola-ola dişləri fırçalamaq olarmı?

    05.07.2014
Sual: 
salam.Men bilmek isteyirem ki,oruclu ola ola disleri firca ile temizlemek olarmi?onceden tesekkur edirem.Allah sizden razi olsun
Cavab: 

Aleykum salam. Diş fırçalamaq orucu pozmaz. Diş pastasının və ya suyun qəsdən boğaza getməsi halında oruc pozular. Orucun pozulma ehtimalı diqqətə alınaraq, dişlərin günəş doğmazdan əvvəl və iftardan sonra fırçalanması daha uyğun olardı.

Niyyət, oruc, qüsl, dəstəmaz və namaz haqqında sual

    05.07.2014
Sual: 
Salam Aleykum..1)imsaka baslayanda da niyyet edilir? yeni niyyet etdim Allah rizasi ucun imsaka,bir de adeten gormusem ki imsaki bitirennen sora su ile niyyet edirler ki niyyet etdim orucumu baglamaga..bele seyler var yoxsa bidetdi?yeni imsaki basladiqda ve ya qurtadiqdan sora ne etmek lazimdi?,orucu acarken euuzu besmele cekilir yoxsa nece? 2) qusl ve ya destemaz almaga baslayanda sadece bismilleh demek lazimdi yoxsa euzu besmele? 3)namazi picilti ile oxumaq gunahdi? Allah razi olsun.
Cavab: 

Aleykum salam.

İftarın dəqiq vaxtı nə vaxtdır?

    05.07.2014
Sual: 
ifdarin vaxdini deqiq bilmek olmur azanin sesini evde esidirem hansinan hereket edim
Cavab: 

Salam aleykum. Oruc tutarkən sahuru (oruc üçün səhər yeməyi) sübh namazının girmə vaxtına qədər yeyib qurtarmaq lazımdır. Orucu açmaq (iftar) isə məğrib namazının vaxtı girdikdə və ya azanın səsini eşitdikdə olur.

Pages