oruc

Oruclu insan peşman olub tövbə etsə, Allah onu bağışlayarmı?

    11.07.2014
Sual: 
oruc insan ogruluq edib nefsine uyur sonra pesman olub tovbe edir allah onu bagislarmi
Cavab: 

Aleykum salam. Səmimi qəlbdən, bir daha o günaha qayıtmamaq və peşman olmaq şərti ilə tövbə edərsə, Uca Allah onu bağışlayar: "Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda) dönər".

İftar açarkən su ilə açmaq lazımdır, yoxsa xurma ilə?

    11.07.2014
Sual: 
Salam aleykum. İftari nece achmaq lazimdir? Xurma ile, yoxsa su ile...?
Cavab: 

Aleykum salam.  Salman ibn Amir əd-Dabbidən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə peyğəmbərimiz belə buyurub: “Sizin hər hansı biriniz iftar etmək istədiyi vaxt orucunu xurma ilə açsın. Xurma tapmasa, su ilə iftar etsin. Su təmizdir”.

Yuxuda cinsiyyət orqanından gələn maye orucu və qüslu pozurmu?

    11.07.2014
Sual: 
SALAM aleykum. Yuxuda cinsiyyet orqanindan mayenin gelmesi orucu pozurmu? Bu hallarda qusl almaga ehtiyac yaranirmi? ALLAH razi olsun.
Cavab: 

Aleykum salam. Əgər yuxuda gələn maye məni (sperma) olubsa və şəhvətlə çıxıbsa, bu zaman oruc yox, qüsl pozulur. Əgər onun çıxması oyaq vaxtı, qəsdən olsa idi, bu zaman oruc da pozulardı. Həmçinin qüslu, dəstəmazı və orucu pozan amillərlə bağlı daha ətraflı bu linkləri oxuyun:

İftar vaxtı girdikdə əvvəl yemək yemək, yoxsa namaz qılmaq lazımdır?

    10.07.2014
Sual: 
As Salamu Aleykum Iftar vaxtı girdikde birinci yemek yemek (iftar acmaq) yoxsa namazi qilmaq lazimdir?
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (salallahu aleyhi və səlləm) vaxtı girən kimi iftar açmağı bizə buyurmuşdur. İftarı hər hansı yüngül qida ilə açıb namaz qılmaq, daha sonra yeməyə davam etmək olar. Həmçinin yemək çox vaxt aparmayacaqsa, yeməyi qurtarıb sonra namaz qılmaq olar.

11 yaşım var, susuzluğa dözməyərək orucu pozdum...

    09.07.2014
Sual: 
oruc tuturam amma ki bilerekden su icdim cox susamiwdim hem de 11 yawim var
Cavab: 

Aleykum salam. Sizin yaşınızda oruc tutmaq vacib deyil. Ya Allah üçün səbr edib susuzluğa dözüb orucunuzu davam edəcəksiniz, ya bacardığınız qədər tutacaqsınız ya da istəsəniz heç tutmaya da bilərsiniz. "...Allahdan bacardığınız qədər qorxun...". (ət-Təğabun, 16).

İmsak nədir?

    08.07.2014
Sual: 
salam aleykum.bilmek isterdimki imsak vaxti nedir?imsaq orucun vaxtini,hemdeki axsam namazinin vaxtinda neye gore istifade olunur?xais edirem imsaq vaxtinin menasini genis sekilde bize aydin edesiniz. onceden tesekkurumu bildirem.Allah sizden razi olsun
Cavab: 

 Aleykum salam. İmsak sübh namazından bir az əvvəl durub oruc tutmaq üçün səhər çağı yemək yeyilən vaxta deyilir. Buna sahur da deyirlər.

Mən sahura dura bilməmişəm, oruc tuta bilərəmmi?

    08.07.2014
Sual: 
Salam. Men seher sahura oyana bilməmişəm. Oyandığımda artıq gün çıxmışdı. Oruc tuta bilərəmmi ?
Cavab: 

Aleykum salam. Bəli, sahura (oruc üçün səhər yeməyi) durmadan oruc tutmaq olar. Amma sahura durmağınız savab və bərəkət baxımından daha xeyirlidir. Çünki Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurub ki: "Sahura durun, həqiqətən sahurda sizin üçün bərəkət vardır".

Pages