oruc

Qusmaq orucu pozurmu?

    03.07.2014
Sual: 
Salam aleykum. Qusmaqla Oruc Pozular?
Cavab: 

Aleykum salam. Özbaşına qusmaqla oruc pozulmaz. Ancaq adamın öz istəyi və müdaxiləsiylə meydana gələn qusma, "ağız dolusu" olması halında, orucu pozar.

Oruclu ikən qüsl almaq və ya adi yuyunmaq orucu pozurmu?

    03.07.2014
Sual: 
Salam aleykum. Oruclu iken qusl almaq ve ya ele bele chimmek orucu pozarmi?
Cavab: 

Aleykum salam. Ağız və ya burundan qəsdən su udulmadıqca yuyunmaq və ya qüsl almaq orucu pozmur. Necə ki, Aişə və Ummu Sələmə (Allah onlardan razı olsun) Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) Ramazanda günəş doğduqdan sonra qüsl almış olduğunu xəbər vermişlər. (Buxari).

Necə yəni başı suya salmaq orucu pozmur? Axı qulağa, buruna və ağıza su gedə bilər?

    03.07.2014
Sual: 
Salam aleykum.Nece yeni bashi suya salmaq orucu pozmur?axi qulaqa,aqiza su gede biler
Cavab: 

Aleykum salam. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) bizə buyurduğu orucu pozan amillər sırasında çimmək və ya başı suya salmaq göstərilməyib. Orucu pozan amillərlə bağlı daha ətraflı Ramazan orucu məqaləsini oxuya bilərsiniz.

Pages