oruc

Məcburən orucu pozduğum üçün 1 gün qəza tutmalıyam, yoxsa 60 gün?

    12.07.2014
Sual: 
Salam..ish heyatimla baqli yuxu problemlerim olduqu ucun seher sahura dura bilmirem ona gore axshamdan yeyrem cox zaman bu da medemde cetinliylere sebeb olur bezen..medemde yanma..boqazimda yanma..urey bulantisi qaytaa hissleri olur ve doze bilmedim orucu pozdum...bilmey isteyirem ki men mecbur oldum pozdum ve bunun qezasi olaraq 1gun ya 60gun oruc tutmaliyam?evvelceden teshekkull ALLAH razi olsun
Cavab: 

Aleykum salam. Bir gün qəza tutursunuz və bununla yanaşı Uca Allahdan bağışlanma diləyib tövbə etməyiniz də lazımdır. Altımış gün qəza yalnız cinsi əlaqə ilə pozulan oruca düşür.

Orucun qəzası və televizora baxmaq haqda

    12.07.2014
Sual: 
Salam aleykum. Men bezi sebeblerden dolayi 2gun oruc tuta bilirem 1 gun ise yox. Yeni fasileli tutmaga mecbur qaliram. Amma in she Allah Ramazandan sonra qezalarmi tamamlayacam. Sualim budu ki qezalarmi tutsam bele,yene de her gunun evezine 1 kasib doyuzdurmaliyam? Eger doyuzdurmaliyamsa o zaman teqribi 1 kasib ucun ne qeder pul edir? Ve bir de eshitmishem ki bele bir hedis var ki gun gelecek evinizde iki buynuzlu sheytan oturacaq. Bele bir hedis dogurdandami var? Hansiki hemin iki buynuzlu sheytan Televizordu. Eger varsa menbesile hemin hedisi yaza bilersinizmi? Allah razi olsun.
Cavab: 

Və aleykum Salam.

Orucu pozan amillər hansılardır?

    11.07.2014
Sual: 
Salam aleykum va rahmatullah. Xahiw edirik ki, orucu pozan amillerle bagli etrafli ve deqiqle geniw melumat vererdiniz zehmet olmasa... Bizim etibar etdiyimiz bir-iki dini sayt varsa, onlarin evvel sirasinda olan sayt o da sizin saytinizdir. Onceden teshekkurler...
Cavab: 

Və aleykum Salam.  Orucu pozan amillər aşağıdakılardır:
1) Yemək və içmək.
2) Cinsi əlaqə.
3) Bədəni qüvvətləndirən iynələr, buruna damızdırılan dərmanlar və başqa bu kimi yemək-içməyə bənzər şeylər.
4) Özünü qusdurmaq.

Orucluq ayında qan vermək olarmı?

    11.07.2014
Sual: 
salam meleykim.orucluq aylnda gan vermek olarml.
Cavab: 

Aleykum salam. Orucluq ayında qan almaq, aldırmaq və ya qan vermək haqda müxtəlif rəylər olsa da, səhih olan görüş odur ki, qan aldırmaq olar və bu hal orucu pozmur. Səhih hədislərdə rəvayət olunub ki, peyğəmbər (salləllahu aleyhi və səlləm) özü oruclu olduğu halda qan aldırıb.

Namaza başlaya bilməmək və oruclu ikən diş çəkdirmək haqqında

    11.07.2014
Sual: 
men namaz qilaq isteyirem namazi butun sozlerini ve herektlerini bilirem ozum oruc tuturam her ilde tutmusam namaza 6 ildi baslamisam amma 2 ildi namaz qila bilmirem allaha sukur saglamam amma gedib destnamaz aliram gelirem namaz qilmaqa fikirim yayilir hal hazirda orucam amma qilmiram ne etmeliyem xais edirem yardim edin.birdiki oruc tutarken dis cixartmaq olarmi.cavab yazsaniz sevinirem.allah razi olsun.
Cavab: 

Aleykum salam.

Oruclu insan peşman olub tövbə etsə, Allah onu bağışlayarmı?

    11.07.2014
Sual: 
oruc insan ogruluq edib nefsine uyur sonra pesman olub tovbe edir allah onu bagislarmi
Cavab: 

Aleykum salam. Səmimi qəlbdən, bir daha o günaha qayıtmamaq və peşman olmaq şərti ilə tövbə edərsə, Uca Allah onu bağışlayar: "Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda) dönər".

İftar açarkən su ilə açmaq lazımdır, yoxsa xurma ilə?

    11.07.2014
Sual: 
Salam aleykum. İftari nece achmaq lazimdir? Xurma ile, yoxsa su ile...?
Cavab: 

Aleykum salam.  Salman ibn Amir əd-Dabbidən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə peyğəmbərimiz belə buyurub: “Sizin hər hansı biriniz iftar etmək istədiyi vaxt orucunu xurma ilə açsın. Xurma tapmasa, su ilə iftar etsin. Su təmizdir”.

Yuxuda cinsiyyət orqanından gələn maye orucu və qüslu pozurmu?

    11.07.2014
Sual: 
SALAM aleykum. Yuxuda cinsiyyet orqanindan mayenin gelmesi orucu pozurmu? Bu hallarda qusl almaga ehtiyac yaranirmi? ALLAH razi olsun.
Cavab: 

Aleykum salam. Əgər yuxuda gələn maye məni (sperma) olubsa və şəhvətlə çıxıbsa, bu zaman oruc yox, qüsl pozulur. Əgər onun çıxması oyaq vaxtı, qəsdən olsa idi, bu zaman oruc da pozulardı. Həmçinin qüslu, dəstəmazı və orucu pozan amillərlə bağlı daha ətraflı bu linkləri oxuyun:

İftar vaxtı girdikdə əvvəl yemək yemək, yoxsa namaz qılmaq lazımdır?

    10.07.2014
Sual: 
As Salamu Aleykum Iftar vaxtı girdikde birinci yemek yemek (iftar acmaq) yoxsa namazi qilmaq lazimdir?
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (salallahu aleyhi və səlləm) vaxtı girən kimi iftar açmağı bizə buyurmuşdur. İftarı hər hansı yüngül qida ilə açıb namaz qılmaq, daha sonra yeməyə davam etmək olar. Həmçinin yemək çox vaxt aparmayacaqsa, yeməyi qurtarıb sonra namaz qılmaq olar.

Pages