qadınlar

Müsəlman qadın dayısının yanında hicabsız gəzə bilərmi?

    27.10.2014
Sual: 
Salamaleykum men hicabliyam ve dayinin yaninda hicab acmaq olarmi yoxsa olmazmi xais edirem cavablandirardiz?
Cavab: 

Aleykum salam. İslama görə qadına öz əmisi və dayısı məhrəm sayılır və onların yanında hicabsız gəzmək olar. Daha ətraflı buradan oxuya bilərsiniz:
Kimlərin yanında hicabsız gəzmək olar? 

Heyz müddəti bitsə də, gələn maye kəsilmir. Hələ gözləməliyəm?

    20.10.2014
Sual: 
Salam. Mən artıq 8 gündür ki, heyzliyəm. Qan yoxdur, amma qəhvəyi rəngli maye də qurtarmır. Bayaq hamama girdim ki, qüsl edim, əmin olmaq üçün istibra etdim (yəni gücənmək yolu ilə) və yenə o açıq qəhvəyi rəngli bulanıq sudan gəldi. Təqlid etdiyim alim deyir ki; """Əgər qadın on gün tamam olmamış paklanıb içəridə qan olduğuna ehtimal verərsə, ya ibadətlərin ehtiyatən əncam verməli, ya istibra etməlidir. İstibra etmədən ibadətləri tərk etməsi icazəli deyil.

Başa məsh çəkəndə hörükləri açmaq lazımdır?

    20.10.2014
Sual: 
Salam. Dəstəmaz aldıqda saç mütləq açıq olmalıdırmı? Keçən dəfə uzun saçla bağlı sual verdim və kəsməyi məsləhət gördünüz. Mən dəstəmaz alanda saçımı hörürəm ki, mənə mane olmasınlar. Dəstəmaz aldıqda saçlarım mütləq açıq olmalıdırmı? Məgər əsas olan məsh yeri deyilmi? Həm də ki, deyirsiniz saç mane olursa Allah üçün onu kəsmək lazımdır. Bu söz məni çox yaraladı. Saçlarımı ibadətimdən üstün tutduğumu sandım, halbuki onları Rəbbimin bir ruzisi kimi qəbul edib sevirdim. İndi isə saçlarımı kəsmək şərt oldu. Kaşki belə deməyəydiniz.
Cavab: 

Aleykum salam. Bəli, saçlar da digər bədən üzvləri kimi Uca Allahın bizə nemətidir. Uzun saçları kəsmək vacib deyil, sadəcə sizə çətinlik yaradırsa, istəsəniz kəsə bilərsiniz. Şəriətdə uzun saç saxlamaq haram buyurulmayıb. Həmçinin, başa məsh çəkəndə hörükləri açmaq lazım deyil.

Heyz zamanı hazır paketlərdən istifadə etmək olarmı?

    16.10.2014
Sual: 
Salam. Heyz olarkən rahatlıq üçün satılan hazır paketlərdən istifadə etmək günahdırmı? Bir də deyirlər ki, əsgini və ya paketi yumamış atmaq günahdır və həmin şəxsin qüslu da batildir. Bu məlumat doğru ola bilərmi?
Cavab: 

Aleykum salam. Dediyiniz paketləri istifadə etməkdə heç bir günah yoxdur. Bu bir rahatçılıqdır və dinimiz də insanlara rahatçılığı tövsiyə edir: "...Allah sizi çətinliyə salmaq istəməz...". (əl-Maidə, 6).

Qayının yanında hicabı açmaq olarmı və digər suallar

    13.10.2014
Sual: 
Salam Aleykum..Bir nece sualim var.Erimin qardawinin yaninda hicab acmaq olmaz ele ewitmiwem bu dogrudurmu??Birde qayinan opuwub goruwmek olarmi??? Birdeki teyemmum haqda bilmek isterdim...Teyemmum torpaqla qumla edilir he?? Birdeki teyemmum edenden Sonra destemaz almaq lazim mutleq?????Allah razi olsun...
Cavab: 

Aleykum salam. Qaynınız sizin üçün naməhrəm olduğu üçün onun yanında hicabı açmaq olmaz. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar.

Saçım çox uzun olduğu üçün necə hicab bağlayacağımı bilmirəm

    11.10.2014
Sual: 
Salam. Mənim saçlarım dizlərimdəndir. Başqaları kimi yığıb yuxarıdan toplasam həm başım-boynum ağrıyar və halım pisləşər, həm də özüm də bunu etmərəm, çünki oxumuşdum ki, bu cür hicab bağlamaq düzgün deyil. Buna görə də istəyirəm ki, saçımı parçaya büküb aşağıya sallayım və bu halda da saçımın uzun olduğu başa düşüləcək, insanlar saçlarımı təsəvvür edəcək və mən də olacam hicablı yox, geyinmiş bir lüt və günahkar insan. Amma əgər onun üzərindən də açıq bir şal sallasam altındakı parçaya bükülmüş saç görünməyəcək. Fəqət mən bu cür hicabları rahibələrdə görmüşəm.
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz kimi, özünü digər qövmlərə oxşatmaq olmaz. Bu vəziyyətdə ya hər şeyi örtən çadra geyinmək, ya da saçı biraz kəsmək lazımdır. Əgər bu saç sizə Allahın razılığını qazanmaq üçün olan əməlləri etməyə mane olursa, onda kəsmək lazımdır.

Pages