qadınlar

Dırnaq qaynağı etdirmək olarmı?

    04.02.2021
Sual: 
Salam aleykum. Dirnaq qaynagi elemek olar? Yeni gelle dirnagin uzerine dirnaq qoyulur. Ama dirnagim ucundan qoyulsa yeni mayasi temiz qalsa bu halda da gunahdir? Yeni sadece dirnaq ucuna qoyulsa
Cavab: 
Va aleykum Salam. Dırnaq qaynaq etdirmək günahdır və bu əməl Allahın yaratdığını dəyişmək sayılır. Həmçinin, saç və kiprik qaynağı da buna aiddir. Ətraflı bu cavabı oxuyun: 

Ərimdən 10 ildir boşanmışam, lakin kəbinin qayıtmayıb, ikinci dəfə ailə qura bilərəmmi?

    04.02.2021
Sual: 
Salam birinci erimden buşanmışam ama kebinimi qaytarmıyıb ikinci defe aile qurdum ikinci ailemle kebin ede bileremmi.bunu qeyd edimki birinci erimden 10 ildi ayrilmışam.ikinci ile aile qurmaq olarmı kebin düşürmü mene?
Cavab: 
Va aleykum Salam. Qarşılıqlı şəkildə boşandıqda, kəbin kağızı qüvvədən düşür və heç bir əhəmiyyət daşımır. Ona görə 10 il bundan əvvəl boşanan insan başqası ilə evlənə bilər. Siz də istədiyiniz adamla evlənə bilərsiniz.

Qadın əmiləri ilə əllə görüşə bilərmi?

    04.02.2021
Sual: 
Mən namaz qılıram əlimdən gəldiyi qədər ibadət etməyə çalışıram. Kişi əmilərim var, onları görəndə necə edim ki görüşməyim, xətirlərinə dəymədən necə edim bunu yazın zəhmət olmasa. Belə birşey dən ötrü günah qazanmaq istəmirəm.
Cavab: 
Salam aleykum. Əmi və dayı qadın üçün məhrəmdir. Ona görə onların yanında hicabı aça bilər və əl ilə görüşə bilərsiniz. Daha ətraflı:

Hicablı qadının ayaqları açıq (corabsız) ola bilərmi?

    28.01.2021
Sual: 
Salam.hicabli qadinin ayagi topuga qeder baglanmasi buyurulub.bes neye gore namazda ve ya hicabli qadin naskisiz geze bilmez?axi topuga qeder baglanmasi vacibdir
Cavab: 

Aleykum salam. Hicablı qadının əlləri və üzü istisna olmaqla bütün bədəni örtülü olmalıdır. Çünki Quran ayəsinə əsasən görünə bilən yerlər yalnız üz və əllərdir.

Pages