qadınlar

Ərimdən 10 ildir boşanmışam, lakin kəbinin qayıtmayıb, ikinci dəfə ailə qura bilərəmmi?

    04.02.2021
Sual: 
Salam birinci erimden buşanmışam ama kebinimi qaytarmıyıb ikinci defe aile qurdum ikinci ailemle kebin ede bileremmi.bunu qeyd edimki birinci erimden 10 ildi ayrilmışam.ikinci ile aile qurmaq olarmı kebin düşürmü mene?
Cavab: 
Va aleykum Salam. Qarşılıqlı şəkildə boşandıqda, kəbin kağızı qüvvədən düşür və heç bir əhəmiyyət daşımır. Ona görə 10 il bundan əvvəl boşanan insan başqası ilə evlənə bilər. Siz də istədiyiniz adamla evlənə bilərsiniz.

Qadın əmiləri ilə əllə görüşə bilərmi?

    04.02.2021
Sual: 
Mən namaz qılıram əlimdən gəldiyi qədər ibadət etməyə çalışıram. Kişi əmilərim var, onları görəndə necə edim ki görüşməyim, xətirlərinə dəymədən necə edim bunu yazın zəhmət olmasa. Belə birşey dən ötrü günah qazanmaq istəmirəm.
Cavab: 
Salam aleykum. Əmi və dayı qadın üçün məhrəmdir. Ona görə onların yanında hicabı aça bilər və əl ilə görüşə bilərsiniz. Daha ətraflı:

Hicablı qadının ayaqları açıq (corabsız) ola bilərmi?

    28.01.2021
Sual: 
Salam.hicabli qadinin ayagi topuga qeder baglanmasi buyurulub.bes neye gore namazda ve ya hicabli qadin naskisiz geze bilmez?axi topuga qeder baglanmasi vacibdir
Cavab: 

Aleykum salam. Hicablı qadının əlləri və üzü istisna olmaqla bütün bədəni örtülü olmalıdır. Çünki Quran ayəsinə əsasən görünə bilən yerlər yalnız üz və əllərdir.

Həmzə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) süd qardaşı olubmu?

    28.01.2021
Sual: 
Salam aleykum.sehifeniz gözeldir.Allah razı olsun.1)Hemze peyğemberimizin emisi olmaqla yanaşı süd qardaşı idi? 2)Men hemişe namazda dualarımı namazın axırıncı rüketinin axırıncı secdesinde edirem.düzmü edirem.3)Namazda salamda evvel dua etmek olarmı? 4)el açıb Allaha dua ederken gözler hansı terefe baxmalıdır göye yoxsa ellere?.5)Aybaşıdan evvel 1-2 gün fasilelerle gelen qehveyi axıntı heyz sayılırmı?6)namazda oturuş qadınlar ve kişilerde eynidirmi?
Cavab: 
Və aleykum Salam.

Pages