Hicaba öyrəşə bilmirəm, aça bilərəmmi?
Və aleykum Salam. Bu cavabı oxuyun: Hicabı açmaq günahdır?
Və aleykum Salam. Bu cavabı oxuyun: Hicabı açmaq günahdır?
Salam aleykum. Əgər qadın kişidən qarşılıqlı və hər iki tərəfin razılığı ilə ayrılıbsa, kəbin kağızının heç bir əhəmiyyəti qalmır. Həmin qadın və kişi bir-birindən ayrılmış sayılırlar. Kəbini geri oxutmaq kimi bir şey isə dində yoxdur.
Salam aleykum. Qadınlar heyz qanını rənginə, iyinə və digər şeylərə görə fərqləndirə bilirlər. Əgər heyz qurtardıqdan sonra heyzdən sayılmayan qan ləkəsi gəlsə, həmin hissəni təmizləmək kifayətdir, qüsl almağa ehtiyac yoxdur və Quranı ələ götürüb oxumaq olar.
Və aleykum Salam. Heyz zamanı Quran kitabına əl vurmaq olmaz, amma əzbərdən və ya telefondan oxumaq, həmçinin tərcüməni oxumaq olar. Daha ətraflı: Quran kitabını oxuyarkən dəstəmaz almalıyıqmı?
Və aleykum Salam. Qadın kişidən boşandıqdan sonra ikinci dəfə də onunla kəbin kəsdirə bilər. Bu hal üç dəfə təkrarlandıqdan sonra isə artıq həmin kişi ilə yalnız o halda kəbin kəsdirə bilər ki, başqa bir kişi ilə ailəli olub boşansın.
Və aleykum Salam.
1. Bu cavabı oxuyun: Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?
Və aleykum Salam. Hicab bağlamaq Allahın əmridir və valideynlərin Allahın əmrinə qarşı çıxmağı böyük günahdır və bu məsələni fitnə çıxarmadan, gözəl əxlaqla onlara izah edərək hicab geyinmək lazımdır.
Və aleykum Salam. Hicab bağlamaq Allahın əmridir, bunu etməyənlər böyük günah qazanır. Daha ətraflı: Hicab - azadlıqdır!
Salam aleykum. Qüsl almaq üçün başa üç dəfə su tökmək vacib deyil. Sadəcə, qadınlar cənabət qüslu alarkən saçlarını tam islatmaq istəməsələr, başa 3 dəfə tökmələri kifayət edir. Digər hallarda isə suyu duşla və ya qabla tökməyin fərqi yoxdur.