qadınlar

Yeddi il öncə boşanmışıq, həmin kəbin etibarlıdırmı?

    29.06.2016
Sual: 
Salam bır oglanla kebınınız olmusdu elaqemızde olmusdu,7 il once ayrılmışıg o kebın pozulub?Yenıden aıle gurmusam övladımın atasıyla kebınımız yoxdu
Cavab: 
Və aleykum Salam. Əvvəlki kəbin boşandığınıza görə qüvvədən düşür. İndiki evliliyə görə isə mütləq kəbin kəsilməlidir, əks halda böyük günah qazanırsınız. Daha ətraflı: Nikah bağlamağın qaydaları

Ərimdən onun pulu ilə qonşuya verdiyim sədəqəni gizlətməyim günahdır?

    28.06.2016
Sual: 
Salam. Menim qardawim 1 ildiki rehmete gedib. Qardawimin gözel ailesi var, 2 övladi var. Qardawimin ailesine valideynlerim baxir. Men aileliyem. ve yoldawim berdxercdir, hec vaxt cibindeki pulun sayini bilmir.Ele olurki arada yoldawimin cibinden gizli pul götürub rehmetlik qardawimin uwaqlarina verirem. Yada anama veriremki uwaqlara nese alsin. Yaxud yoldawim eve 6 kilo ət alanda, onun yarisini gizledib verirem qardawimin ailesine. Yoldawima pul deyende hemiwe verir, heç vaxt yox demir. Sadece utaniram.istemirem yoldawim fikirlewsinki o uwaqlar onun puluyla böyüyurler.
Cavab: 
Və aleykum Salam. Bu cavabı oxuyun: Qadın ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Məhkəmədə boşandıqdan sonra kəbini necə ləğv etmək lazımdır?

    25.06.2016
Sual: 
Mən 2004-cü ildə ailə qurduqdan 10 il sonra boşanmışam.1 oğlum var. Keçmiş ərim rusiyadadır hərdən oğlu ilə danışmaq üçün mənə zəng edir hər dəfəsində də məmə pis söyüşlər söyür.Bir dəfə ona dedim ki, məhkəməylə biz çoxdan boşanmışıq kəbinimizi də talaq etdirmək lazımdır, o yenə çox pis söyüşlər söyməyə başladı mən danışığı kəsdim. Mənim kəbinimin talaq verilməsi şəriətlə necə olmalıdır?
Cavab: 
Salam aleykum. Əgər qarşılıqlı razılaşma yolu ilə boşanmısınızsa, kəbin də qüvvədən düşmüş sayılır. Həmçinin, oxuyun: Talaq (boşanma) haqqında

Naməhrəm qohumlarla internetdə danışmaq olarmı?

    22.06.2016
Sual: 
Salam ALEYKUM .internetde danismaq gunahdi.namehremle bildiyime ve oxuduguma gore.bes qohumla danisdiqdada gunah sayilir??birdeki eyer namehremle danisiq gunahdirsa,menim refiqelerim vardirki namaz qilanida var qilmayanida.namaz qilmayanlarla gorusub danismagim gunahdirmi? cavab verin xahiw edirem.
Cavab: 
Və aleykum Salam. Qohum olsa belə naməhrəmlərlə danışmaq günahdır. Qadınların qadınlarla, kişilərin kişilərlə danışması isə icazəlidir. Həmçinin, namaz qılan qadının namaz qılmayan qadınla danışması icazəlidir. Daha ətraflı: 

Pages