qadınlar

Aişəyə atılan iftira barədə...

    27.03.2016
Sual: 
Salam axşamınız xeyir. Sizə sualım belədir.Aişə bakirə olmadan Məhəmməd(s.a.s) qəbul edib deyirlər bu doğrudur?
Cavab: 
Və aleykum Salam. Sözsüz ki, bu böhtandır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Aişə (Allah ondan razı olsun) ilə evlənəndə onun doqquz yaşı olub və Peyğəmbərlərin (salləllahu aleyhi və səlləm) həyat yoldaşları arasında bakirə yalnız Aişə olub.

Ərim mənə xəyanət etdiyi üçün namaz qılmıram və hicabı açmışam...

    23.03.2016
Sual: 
Men bes il hicab da olmusam.illerle yoldasimin xeyaneti meni dinimden ayirdi.indi her gece yuxuda namaz qiliram.amma ne qeder calisiram heyatda ede bilmirem.namaz qilanlara hicablilara hesedle baxiram amma ureyimde bir od var o.meni qoymur dinimi yasayim
Cavab: 
Salam aleykum. Başınıza gələn müsibətə görə Allahdan sizə səbr diləyirik. Əriniz zina etdiyi və sizə xəyanət etdiyi üçün böyük günah qazanmışdır və sizin haqqınıza girdiyi üçün Qiyamət günü haqqınızı ondan tələb edə biləcəksiniz.

Başqası məni zorla öpdüyü üçün günah qazanırammı?

    22.03.2016
Sual: 
Salamun aleykum. Çox utanaraq soruşuram bu sualı. Allahın əffinə sığınıram. Hazırlıq yoldaşım zorla öpüb məni. Ama mənim həqiqətən xəbərim yox idi belə birşey olacağından. O vaxtlar Namaz qılmırdım. Sonralar qılmağa başladım. Günahı nədir bunun. ?
Cavab: 
Və aleykum Salam. Əgər sizin xəbəriniz olmadan qəflətən bu hadisə baş veribsə, siz günah daşımırsınız.

İllərlə ailədən ayrı qalaraq ruzi dalınca getmək doğrudurmu?

    18.03.2016
Sual: 
Salam Aleykum. Men aylarla illerle qadinini tek qoyub Ruzu dalinca getmek meqsedi ile uzaga gedenler haqqinda bilmek isteyirem ki bu haqqda dini hedisler varmi... eyer varsa bu muddet ne qeder olmalidir... Xahiş edirem etrafli cavablandirasiniz.Qabaqcadan teşekkur edirem..
Cavab: 
Və aleykum Salam. Əgər qadın ərinin onu qoyub uzun müddətə başqa ölkəyə ruzi dalınca getməsinə razıdırsa, bunda kişi günah daşımır. Həmçinin, razı deyilsə, lakin dolanışıq yoxdur və yalnız başqa yerə gedib ruzi qazanmaq mümkündürsə, bu halda da kişi günah qazanmır.

Şəhvət hissi olduqda sulanma qüslu pozurmu?

    17.03.2016
Sual: 
salam aleykum, men yoldasımla qucaqlasanda, bezen o meni öpende, mende sulanma baş verir. Yoldaşımla elaqeye girmirik, sadece qucaqlasıb öpüşende mende cinsel organımda sulanma baş verir. Axıntı gelir. Bu da zevk suyudur men bılen?? Bu qüslu pozur? Allah razı olsun. Sualım ucun de cox Üzr ısteyırem. Cox vacıbdır.
Cavab: 
Və aleykum Salam. Dediyiniz hal baş verdikdə dəstəmaz pozulur. Qüsl isə cinsi əlaqə zamanı pozulur. Daha ətraflı:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Körpə qızımın ölümündən sonra sakitləşə bilmək üçün nə edim?

    15.03.2016
Sual: 
Salam. Mənim təzəlikcə 8 aylıq qızım dünyasını dəyişib. Necə edim nə edimki, ürəyim rahatlıq tapsın ağlayıb özümü öldürməyim. Ümumiyyətlə onunçün nə edə bilərəmki ruhu şad olsun. Bir də onun geyimlərini sağlamağım düzgündü ya yox
Cavab: 
Və aleykum Salam. Allah sizə səbr versin! Siz Allahın qədərinə səbr edərək, Ona üsyan etmədən namaz qılın, xeyirli əməlləri çox edərək Cənnəti qazanmağa çalışın. Cənnətə daxil olacağınız təqdirdə Allahın izni ilə həmin körpəyə qovuşacaqsınız. Bu cavabları oxuyun: 

Pages