qadınlar

Ailəli qadın başqa kişi ilə kəbin kəsdirə bilərmi?

    06.01.2016
Sual: 
Salam.menim bele bir şey maraqlandirir.kebinim var aileliyem.lakin erimle xoşbext deyilem.başqa birisi ile görüşürem,onunla da kebin kesdire bileremmi?önceden sualima göre üzürlü sayin.
Cavab: 
Və aleykum Salam. Ailəli qadın başqa kişi ilə kəbin kəsdirə bilməz. Bu evli qadının zina etməsidir. Zina isə insanı həlak edən günahlardandır. Yalnız ərindən boşansa, yenidən istədiyi kişi ilə kəbin kəsdirib ailə qura bilər. Daha ətraflı:

Qüsurlu doğulacağı təhlükəsi ilə uşaq saldırmaq olarmı?

    31.12.2015
Sual: 
salam men 4 heftelik hamıleyem mende mikrob var eger mikrobla uşaq dünyaya gelse qusurlu ola bıler. 2 oğlum var böyük oğlum eqli zeifdi. qusurludu. istemırem kı, bu uşada qusurlu doğulsun eger bu uşağı aldırsam günah olmaz ki birinci defe bele herekeye addım atıram. Allahıma günde dua edırem mende mikrob olmasın uşağı aldırmayım elimnen bır şeygelmır. ne olar mene meslehet verin.

Ərim məni onun cibindən pul oğurlamaqda günahlandırır, nə edim?

    26.12.2015
Sual: 
Salam Aleykum.əvvəlcədən sizə çox təşəkkür edirəm sizin sayənizdə din haqqında çox şey öyrəndim.haqqınızı halal edin.Allah sizdən razı olsun.mənim yoldaşım mən onun cibindən tez tez pul oğurladığımı deyir mənə.Allah şahidimdirki mən heç vaxt heçkimin heçnəyini götürməmişəm götürmərəmdə.çünki mən namaz əhliyəm.mən Allahımdan qorxuram.çox çıxılmaz vəziyyətdəyəm.mən bu barədə yoldaşıma nə deyim.bu barədə hədis surə varsa çox xahiş edirəm yazasız.çox sağolun.
Cavab: 

Və aleykum Salam. Bir müsəlmanın başqası haqqında dəlil-sübut olmadan pis zənn etməsi doğru deyil. Uca Allah buyurur: "Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır". (əl-Hucurat, 12).

Pages