quran
"Onun (uşağın) bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir" (əl-Əhqaf,15) ayəsinin açıqlaması nədir?
Va aleykumus-sələm. əl-Əhqaf surəsinin 15-ci ayəsində Uca Allah buyurur: "Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir".
Toyuğu kəsərkən dilini çölə çıxarmaq vacibdirmi?
Va aleykumus-sələm. Heyvanı kəsərkən (fərq etməz istər quş olsun istər mal-qara) əsas olan Allahın adını çəkərək "Bismilləh" demək və heyvanın boğazını (nəfəs və qida boruları ilə iki şah damarını) kəsməkdir. Heyvanı qibləyə çevirmək müstəhəbdir.
Fəcr surəsində "And olsun on gecəyə" ayəsinin izahı necədir?
Va aleykumus-sələm.
Uca Allah əl-Fəcr surəsində buyurur: "1) And olsun fəcrə! 2) And olsun on gecəyə!" (əl-Fəcr, 1-2). İbn Kəsir bu ayələrin təfsirində deyir:
əl-Mulk və əl-Kəhf surələrinin oxunuşlarını yaza bilərsinizmi?
Telefondan Quran oxumağın savabı varmı?
Va aleykum Salam. Quranın hər hərfinə görə on savab verilir. Telefondan və Quran kitabından oxumağın savab baxımından fərqi yoxdur. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu xüsusda buyurur: "Kim Allahın Kitabından bir hərf oxuyarsa buna görə ona savab yazılar.
Quran ayələrini və duaları transkripsiyadan oxumaq günahdırmı?
Va aleykum salam. Bəzi ərəb hərflərinin azərbaycan dilində qarşılığı yoxdur. Bu səbəbdən sizə ərəb hərflərini öyrənməyi tövsiyə edirik. Bunu bacarmadıqda isə Quran ayələrini, zikr və duaları transkripsiyadan oxuya bilərsiniz. Həmçinin oxuyun:
Yaxşı əməli insanlardan gizlətmək üçün yalan danışmaq olarmı?
Va aleykum salam.
1) Uca Allah ən-Nur surəsinin 11-25-ci ayələrində buyurur:
əl-Əraf surəsinin 53-55-ci ayələrinin ərəbcə oxunuşunu yaza bilərsiz?
Va aleykumus-sələm va rahmətullahi va bərakətuhu. Əvvəla bilmək lazımdır ki, ərəb dilində olan hər hansı bir ayənin və ya duanın oxunuşunu (transkripsiyasını) ərəb dilində olduğu kimi yazmaq mümkün deyil.
İstiazəni deyərkən "zəl" hərfini adi "z" kimi tələffüz etmək olarmı?
Va aleykum salam. İstiazədəki "z" hərfini tələffüz etmək üçün dili azacıq dişlərin arasından çölə çıxarmaq lazımdır. Buna pəltək "z" hərfi də deyilir. Bu şəkildə deməyə çalışın. Əgər deyə bilməsəniz, öyrənənə qədər bacardığınız kimi deyin.