quran

Namaza başlamaq istəyirəm, lakin Quran səsi eşitdikdə başım ağrayır...

    13.12.2018
Sual: 
Mən namaz qılmağa başlamaq istəyirəm, lakin yanımda kimsə namaz qılanda əsəbləşirəm,quran oxunmağının səsin eşitdikdə başım ağrıyır.Bu haldan necə xilas olmaq olar?
Cavab: 

Və aleykum Salam. Bu hallar şeytanın vəsvəsəsi nəticəsində olur, çünki insan xeyirli əməl etmədikdə şeytan ona bütün üsullarla mane olmağa çalışır.

"əl-İxlas surəsi Quranın üçdə birinə bərabərdir" hədisi necə başa düşülməlidir?

    29.11.2018
Sual: 
Salam aleykum. Bər hədisdə rəvayət olunur ki. İxlas surəsi Quranın üçdə birinə bərabərdir. Bu hədis necə başa düşülməlidir? Yəni üç dəfə oxumaq bütün Quranı oxumaq kimidir? Allah razı olsun
Cavab: 
Və aleykum Salam. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "De: "O Allah Təkdir!" (əl-İxlas) surəsi, Quranın üçdə birinə bərabərdir".  (Muslim, 811; əd-Darimi, 3431).

Quranın bir hissəsinə inanıb digər hissəsinə inanmayanların cəzası nədir?

    25.11.2018
Sual: 
Quranın bir hissəsinə inanaıb bir hissəsinə inanmayanlar var. Bu barədə Quranda bir fikir yaxud bir ayə varmı? Belə insanların cəzası olacaqmı?
Cavab: 
Salam aleykum. Uca Allah buyurur: "Biz (Quranı) bölənlərə də beləcə (əzab) endirmişdik. Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər). Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq – törətdikləri əməllər barəsində.

Quranın oxunuşu muğamdan götürülmüşdür?

    25.11.2018
Sual: 
Salam Aleykum. Qardaş bəziləri Quranın oxunmasını muğamdan götürüldüyünü deyir. Ümumiyyətlə muğamla Quranda olan oxunuş şəkilləriylə əlaqəli nə deyə bilərsiz. Məlumat verərdiz. Allah razı olsun.
Cavab: 
Va aleykum Salam. Quranın oxunuşunun muğamdan götürülməsi fikri yanlışdır. Quranın özünəməxsus oxunuş qaydaları vardır. Həmçinin oxuyun:

Rükuda möhürə, yoxsa aşağıya baxmaq lazımdır?

    24.11.2018
Sual: 
Salam aleykum rukuda hara baxmaq lazimdi mohura yoxsa awaqi.birda fatiha surasi (an-anta.)oxuyur yoxsa(an-amta).
Cavab: 
Va aleykum Salam. Namaz qılarkən yalnız səcdə olunan yerə baxmaq lazımdır. Möhürlə namaz qılmaq haqqında isə şəriətdə heç bir səhih məlumat yoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) namazı möhürlə qılmamış, onun dövründə nə özü, nə də heç kəs belə etməmişdir.

Quranda oğurluqla bağlı ayə düzgün tərcümə edilibmi və xəvariclər kimlərdir?

    24.11.2018
Sual: 
Esselemu aleykum varahmetullahi qardawlar quranda ogurluq edenin elinin kesilmesi doqru tercume olunub? yeni sunnet inkarcisi olan sapiqlar deyir ki el kesmey deyilen bir wey yoxdu orda yeni aye duzgun tercume olunmayib deyiller. yeni o ayeni ereb dilinde yazib anlatinda mene birde ki qardawlar dovrumuzde xavaric kimlere deyilir eger haqqi deyen xavaric olursa bes xavaricler kimlerdi?????????????
Cavab: 
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Sünnəni inkar etmək Quranı inkar etməyə bərabərdir və böyük küfrdür. Şübhə yoxdur ki, qeyd etdiyiniz ayə də düzgün tərcümə olunub.

Quran oxuyarkən surənin sonunda "sadəqallahul-azim" demək vacibdirmi?

    22.11.2018
Sual: 
Salam aleykum.Quran oxuyarkən hər surəni bitirəndə dediyimiz "sadəqallahul azim" kəlməsinin mənası nədir və deyilməsi vacibmidir?
Cavab: 

Va aleykum salam. "Sadəqallahul-azim" kəlməsi "əzəmətli olan Allah doğru söylədi" deməkdir. Quran oxuyarkən bunu demək olmaz, çünki bu, dinə sonradan gətirilən bidətdir. Daha ətraflı: Bidət nədir?

İstirca duası necə oxunur?

    15.09.2018
Sual: 
AssalamAleykum qardaw isterca kelmesin yaza bilersiz mumkunse?
Cavab: 

Va aleykum Salam. İstirca ərəb mənşəli söz olub mənası insanın başına müsibət gəldiyi vaxt oxuduğu duadır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bir müsəlmanın başına bir müsibət gəldikdə?

Pages