quran

Maidə surəsinin 54-cü ayəsi türklərə aiddirmi?

    22.02.2017
Sual: 
Allahın Salamı olsun gözəl bəndələrə! "Maidə, 54 - Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!" - ayədə bir çox alimlər həmin o tayfanın "türk milləti" olduğunu iddia edirlər. Ayə haqqında biraz açıqlama verərdiniz zəhmət olmasa.
Cavab: 

Və aleykum Salam. Uca Allah buyrur: "Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər.

Hucurat surəsi haqqında yaza bilərsinizmi?

    31.01.2017
Sual: 
Salam.Hucurat suresi haqqında diyerdiniz zehmet olmasa
Cavab: 
Və aleykum Salam. Mədinədə nazil olub və 18 ayədir. Surənin adı dördüncü ayədə keçən "Hucurat" sözündən alınmışdır. "Hucurat" - "otaqlar, arakəsmələr" mənasındadır. Bu surə, cəmiyyət həyatında müsəlman fərdin davranışlarını tənzimləməyə dair müddəaları ən sıx tərzdə özündə cəm edir.

Bəqərə surəsinin 195-ci ayəsini izah edə bilərsinizmi?

    16.01.2017
Sual: 
as Salamu aleykum. öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir". (əl-Bəqərə, 195) bu ayeni siqaret cekenlere nisbet etmek olarmi ? umumiyetce (əl-Bəqərə, 195) ayesini izzah ederdiniz tefsirin .oncede tesekurler Allah razi olsun .
Cavab: 

Va aleykum Salam. Uca Allah buyurur: "...öz əllərinizlə özünüzü təhlükəyə atmayın...". (əl-Bəqərə, 195). Bəli, islam alimləri bu ayəni siqaretin haram olmasına dəlil kimi gətiriblər.

Günaha nə qədər tövbə etsəm də tərgidə bilmirəm, nə edim?

    30.12.2016
Sual: 
Salam,men cox pis gunah iwleyirem ozum ozumden uje qorxuram,her seferinde Qurani gotrub tovbe edirem ama yene o emelden el ceke bilmirem bir muddet sora yene tekrar edirem,her seferinde Qurana el basib tovbe edib yene tekrarlayiram,men ne ede bilerem bagiwlanim deye,xaiw eliyirem komek edin
Cavab: 
Və aleykum Salam. Tövbə etmək üçün Quranı götürmək lazım deyil. Tövbəni pozub yenidən günahlara qayıtmanıza gəlincə, tövbəni pozduqda yenidən tövbə etmək və günahı tərk etmək üçün səbəblərdən istifadə etmək lazımdır. Daha ətraflı:

Böhtan ataraq yalandan Qurana əl basmaq nə dərəcədə günahdır?

    24.12.2016
Sual: 
menim bir sinifyoldawim var ustume bohtan atib mende dedimki sabah qurani getirecem and ic oda dedi problem yoxdu yalandan qurana el basa onu ne gozleyir??
Cavab: 
Salam aleykum. Səbr edin. Yalandan and içən isə böyük günah qazanır. Daha ətraflı:

Pages