Sual:
Əvvəlcədən oxucular üçün ərsəyə gətirdiyiniz bu işə, bu zəhmətə görə sizə öz dərin minnətdarlığımı bildirirəm. Vaxtaşırı müxtəlif maraqlı və bizlər üçün vacib, həyati əhəmiyyətli mövzulara toxunursunuz. Bildiyimiz kimi Qurani Kərimin mənaca və təfsilati yəni şərh olunaraq izahlı tərcümə formaları var. Mən mənaca tərcümə ilə bağlı gözəl mənbə tapmışam, keyfiyyətli tərcümədir. Ancaq mən bilmək istərdim ki, təfsilati yəni şərh olunaraq hansı izahlı mənbə var? Hansı mənbə daha etibarlı və anlaşıqlıdır? Yəni hansı mənbəyə və ya mənbələrə müraciət edə bilərəm?