Maidə surəsinin 54-cü ayəsi türklərə aiddirmi?
Sual:
Allahın Salamı olsun gözəl bəndələrə! "Maidə, 54 - Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!" - ayədə bir çox alimlər həmin o tayfanın "türk milləti" olduğunu iddia edirlər. Ayə haqqında biraz açıqlama verərdiniz zəhmət olmasa.
Cavab:
Və aleykum Salam. Uca Allah buyrur: "Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər.