quran

Əbəsə surəsində söhbət kimdən gedir?

    13.08.2016
Sual: 
Salam aleykum. Əbəsə sürəsinin ilk on ayəsində söhbət kimnən gedir : O qaşqabağını sallayıb üzünü yana çevirdi.Yanına bir korun gəlməsinə görə.Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi və yaxud nəsihət dinləyib faydalanacaqdı.Nəsihətə ehtiyacı olmayana gəlincə isə,sən ona diqqət yetirirsən.Onun təmizlənməməyinin sənə bir dəxili yoxdur.Səy göstərib sənin yanına gələn, Allahdan qorxan kimsəyə gəlincə,ona məhəl qoymursan!
Cavab: 
Və aleykum Salam. Bu məqaləni oxuyun: "Əbəsə" surəsinin izahı

Sünnət olunmamış adam Quran oxuyub namaz qıla bilərmi?

    12.07.2016
Sual: 
Her vaxiniz xeyir!men elilem quran oxumag isteyirem destemaz almagima eyilib ellimi ayag barmaglarima mesh cheke bilmirem bashqa yolla destemaz ala bileremmi?birde sunnet olmadan quran oxumag dua etmek namaz qilmag gunahdirmi?Xaish edirem cavablandirasiz.chox sag olun
Cavab: 
Salam aleykum. Allah sizi xeyirlə mükafatlandırsın! Dəstəmaz ala bilməyən təyəmmüm edir. Quranı dəstəmazsız oxumaq olar. Həmçinin, sünnət olunmamış adam Quran oxuya və ya dua edə bilər. Amma sağlamlıq imkan verirsə, sünnət olnunmaq hər bir müsəlmana vacibdir. Daha ətraflı: 

Quranda azanın beş, yoxsa üç dəfə olması haqda ayə var?

    21.06.2016
Sual: 
Salam alekum və rəhmətullahi zəhmət olmasa deyin de mən bilmək isderdim ki qurani kərimin hansısa surəsində gündə 5vaxta azan verilməsi barədə ayə var varsa hansı di izzah edərdiniz Allah xatir
Cavab: 
Və aleykum Salam. Quranda azan yox, namazın vaxtları göstərilir. Daha ətraflı: Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?

Pages