quran

Əməlisaleh insanların xatirinə Allaha dua etmək olarmı?

    29.04.2016
Sual: 
Salam Aleykum. Qonşum Nardarana Rehime xanım pirinə dua etməyə getmişdi ki, duası tez qebul olsun, men ona Allahdan başqasına dua etmək duada Allaha şerik qoşmaqdır dedim, oda dedi ki, men seyyid Rehime xanıma dua etmirəm ki şirk ola, dedi men seyyid Rehime xanımın vasitesiyle duamı Allaha edirəm bunun neyi şerik qoşmaqdır ki, dedi zatən mən Allahdan dileyirəm. Sizə sualım odur ki, qonşumun etdiyi bu emel ne derecede düzgündür?

Zikr edəndə və Quran oxuyanda dayanmadan əsnəmək gələndə əsnəmək olarmı?

    25.04.2016
Sual: 
Zikr,sure oxuyarken ve dua ederken esnemek olarmi? Men bulari edende mene dayanmadan esnemek gelir
Cavab: 
Salam aleykum. Əsnəmək günah deyil, sadəcə əsnədikdə ağızı tutmaq lazımdır. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Biriniz əsnəyəcəyi zaman gücü nisbətində onu aradan qaldırmağa çalışsın. (Ağzını açaraq "haah" deməsin).

Namaz qılan kişinin naməhrəm qadınla yaxınlıq etməsi günahdırmı?

    19.04.2016
Sual: 
Salam Aleykum ve rahmetullah ve bereketuh mənim sizə bir iki sualim olacaq xaiş edirəm mənə bir az köməklik edin namaz qilan bir kisiye namehrem qadinla cinsi elaqeye girmek günahdirmi? 2ci sualim ölen birisine Fatihəoxuyanda qulfhuv ehed oxunurmu?
Cavab: 
Və aleykum Salam və rahmətullahi və bərakətu.
1. Hər bir halda bu zina sayılır. Daha ətraflı: Zina və onun cəzası haqqında

Ailəm üçün onlara savab olsun deyə Quran ayələrini oxumaq olarmı?

    12.04.2016
Sual: 
Salam.Bundan once de size sual vermisdim sualimi cavablandirmisiz bu gun oxudum.Allah razi olsun.Men namaz qiliram.Allaha dua edirem.Ailem ucun Quran oxutmaq isdeyirem ve olarmi bidetdimi deye araşdiran zaman burda sizin cavablandirdiginiz suallari gordum ve pulla Quran oxutmaq olmaz yazmisiniz.men ailem ucun Quran oxutdura ve ya Yasin suresini oxutdura bilmerem?oxutmaq olmazsada ozum oxuya bilerem?ama men ereb dilini bilmirem tercumesini ve ya bizim dilde yazilmis erebce sozlerini oxuyub aileme bagislaya bilerem savabini?Yasin suresini oxumagi ailemdekilere cadunun tesir etmemesini ve ailemiz
Cavab: 

Və aleykum Salam. Siz başqasının yerinə Quran oxusanız da bunun ona heç bir aidiyyatı yoxdur, çünki, hər kəsin etdiyi əməl yalnız onun özünə aiddir. Uca Allah buyurur: "...Hər kəs qazandığının girovudur". (ət-Tur, 21).

Pages