ruzi
Ərim nə qədər işləsə də, vəziyyətimiz çətindir və əldə edə bilmədiklərimiz üçün üzülürəm...
Və aleykum Salam. Hər kəsin həyatında işlərinin yaxşı və pis getdiyi vaxtlar olur. Bəzən Uca Allah öz hikməti ilə insanların ruzisini azaldır və ya çoxaldır, amma O, heç bir qulunu ruzisiz qoymur. Yoldaşınız Allaha dua edərək çalışmağa davam etsin və ruhdan düşməyin.
Ailəmizin üstündə kiminsə ağır nəfsi qalıb, bunun üçün kəbini pozub yenidən kəsdirməliyikmi?
Və aleykum Salam. İşlərinizin pis getməsi, kiminsə sizə paxıllığı tutması, duaların qəbul olmaması və s. səbəblərə görə kəbini pozub yenidən kəbin kəsdirmək fikri səhvdir.
Rejissor, operator olmaq, kino çəkmək olarmı?
Və aleykum Salam. Allahın qadağan etdiyi şeyləri (məsələn, küfr və ya Allaha şərik qoşulması, zinanın - ailədən kənar münasibətlərin təbliği, açıq-saçıqlıq, kriminal, içki, yalan, dedi-qodu və s.) çəkib göstərməyəcəyiniz təqdirdə rejissor, operator işləməkdə bir qəbahət yoxdur.
Ayaqyolunda üzü qibləyə tərəf oturmaq günahdırmı?
Yoldaşı evə haram qazanc gətirdiyinə görə qadının dünyaya övlad gətirmək istəməməsi doğrudurmu?
Allahın adlarını müəyyən saylarda (1280, 308 və ya 489 dəfə) demək ruzini artırırmı?
Va aleykum Salam. Quran və Sünnədə Allahın adlarını qeyd etdiyiniz kimi müəyyən saylarda deməyə aid səhih bir dəlil olmadığı üçün bu əməl bidət (dində yenilik) sayılır və ondan çəkinmək lazımdır. Uca Allah buyurur: "Ən gözəl adlar (əsməul husnə) Allahındır.
Hamamla ayaqyolu bir yerdə olarsa, orada qüsl almaq düzgün sayılırmı?
Va aleykum Salam.
1. Ayaqyolu və hamam bir yerdə olarsa, orada qüsl almaqda bir qadağa yoxdur və orada alınan qüsl düzgündür. Həmçinin oxuyun:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?