ruzi

Konkurs keçirtmək icazəlidir?

    25.04.2016
Sual: 
Konkurs keçirtmək icazəlidir? Məsələn bir video 100.000 baxış yığır və sən də 5 qalib təyin edirsən. Və hər birinə cürbəcür hədiyyələr verirsən. Birinci yerə isə pul mükafatı?
Cavab: 

Salam aleykum. Əgər faydalı şeydirsə, konkurs keçirtməkdə bir qadağa yoxdur. Qadağa haram olan əməlləri etməkdədir. Nə haramdırsa, ona aparan vasitələr də haramdır.

İnternet ödənişlərində əlavə məbləğin qazanılması haqqında

    19.04.2016
Sual: 
Salam aleykum. Mən internetdə belə bir şey gördüm: öz e-pul qabından başqa adamın pul qabısına 20 rubl köçürdür və o 20 rubl ona iki qat çox gəlir, yəni 40 rubl olur onda. Bu cür etmək haramdır? Yəni bu sələm, riba deyil? Xahiş edirəm ətraflı başa salardız. Çoxsağolun.
Cavab: 

Və aleykum Salam. Sualda hansı şərtlər daxilində əlavə məbləğin qazanılması qeyd edilmədiyi üçün dəqiq cavab vermək mümükün deyil. Hər bir halda aşağıdakı hədisi xatırlatmaq istərdik. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Halal da bəllidir, haram da.

Qulaq deşdirmək icazəlidirmi?

    03.04.2016
Sual: 
Qulaq deşdirmək ağrılı bir prosessdir. Allah da ozünə ziyan vurmağı xoşlamır. Bəs bu indi icazəlidir? 2) Cash back haqqında yazını oxudum, amma tam başa düşmədim. Mən onlayn alış veriş edəndə istəyirəm odədiyimin 7% və ya daha çox və ya az hissəsi geri qayıtsın. Yəni cash back servisindən istifadə etmək istəyirəm. Bu icazəlidirmi?
Cavab: 

Salam aleykum.
1. Şəriətdə qadınların qulaqlarını deşdirmək barəsində qadağa yoxdur.
2. Bu cavabı oxuyun: "Cashback" servisi halaldırmı?

Quran kitabını satmaq olarmı?

    31.03.2016
Sual: 
salam aleykum qedim quran kitabi nece mine satmaq olar ve onunla satib basqa sey yeni esya ev masin almaq olarmi deyilene gore deyirler ki qurani satmaq olmaz pis olar ole bilersiz hemde qurandan acib baxdiriblar ki quran kitabinda qara gorsenir yeni ole bilersiz xahis sualimiza cavab versez sevinerem Allah size yar olsun
Cavab: 

Və aleykum Salam. Qurani-Kərim kitabını satmaq qadağan deyil.

Qızılı nisyə alıb-satmağın qadağan olmasının hikməti nədir?

    08.03.2016
Sual: 
salamun aleykum.allah bizleri ve sizleri bagislasin.ne ucun qizili nisye alib satmaq olmaz.hedislerde.oz novunden danisilir.yeni qizili qizilla kecir.qizili pulla deyilmir.eger hikmetini bilirsinizse komeklik edesiniz
Cavab: 
Və aleykum Salam. Qızılı nisyə alıb-satmağın qadağan olunmasının hikmətlərindən biri də budur ki, qızılın qiyməti tez-tez dəyişir və nisyə alıb-satanda müəyyən narazılıqlara səbəb olur. Ona görə də ən salamatı qızılı nəğd almaqdır. Doğrusunu Allah bilir.

Pages