Yalandan and içmişəm, necə edim ki, Allah məni bağışlasın?
Qurana yalandan and içməyin kəffarəsi nədir?
Qurana əl basaraq and içmək olarmı?
Salam aleykum.
Salam aleykum. Dində "Əli adını saxlamaq" adlı anlayış yoxdur. Hirsləndikdə "əuuzu billəəhi minə-ş-şeytani-r-racim" deyərək qəzəbi özünüzdən uzaqlaşdırmağa çalışın. Cadudan xilas olmaq üçün isə evi murdarlamaq yox, əksinə murdar şeylərdən təmizləmək və Uca Allahın dininə sarılmaq lazımdır.
Və aleykum Salam. Qəlbinizə gələn belə pis fikirlərə əhəmiyyət vermək lazım deyil. Çünki, belə fikirlər çox vaxt şeytanın sizə verdiyi vəsvəsəsindən meydana gəlir. Həmçinin, oxuyun:
Pis fikirlərdən necə qorunmalıyıq?
Və aleykum Salam. "Tövbəni pozacağım təqdirdə belə olsun" və ya tövbəni pozacağı təqdirdə özünə bəddua etmək düzgün deyil. Uca Allah qullarına qarşı çox mərhəmətlidir, tövbəni pozduqdan sonra yenidən tövbə etmək və günahı tərk etməyə çalışmaq lazımdır.
Salam aleykum. Namaza başladığınız üçün sizi təbrik edirik, Allaha dua edirik ki, tövbələrinizi qəbul etsin, namaz və xeyirli əməlləriniz sayəsində günahlarınızı bağışlasın və sizi Cənnətə daxil etsin. Günahlar nə qədər çox olsa da, Uca Allah səmimi qəlblə tövbə edənləri bağışlayır.
Salam aleykum. Tövbə etmək günah yox, savab əməldir. Həmçinin, hər hansı bir günaha görə tövbə etdikdə qüsl almağa ehtiyac yoxdur. Həmçinin oxuyun: Tövbə haqqında