Tövbəni pozmaq üçün hansısa dua oxumaq lazımdır?
Sual:
Salam Alekum. Tövbəni pozmaq üçün hansısa dua oxumaq lazımdı?
Cavab:
Aleykum salam. Əgər hansısa günaha tövbə etmisinizsə, tövbəni pozduqda yenidən günah qazanırsınız. Ona görə də tövbəni pozmaq yox, günahdan çəkinməyə çalışmaq lazımdır. İstəmədən tövbəni pozduqda isə yenidən tövbə edilməlidir.