tövbə

Günahımı necə yuya bilərəm?

    09.06.2016
Sual: 
Mən günahımı necə silə bilərəm ? Necə bağışlana bilərəm ? Mən sevgilimə şəkillərimi yollamışdım.Əvvəldə görüşmüşdük əlimdən tutmuşdu. Indi bu hərəkətimə görə çox utanıram çox peşmanam. Valideynlərimin mənim bu səhvimdən kiminsə yanında dili gödək olmasından qorxuram. Əzabdan dayana bilmirəm. Allaha hərgün yalvarıram,dua edirəm məni bağışlaması ücün. Xahiş edirəm kömək olun.
Cavab: 
Salam aleykum. Uca Allah tövbələri qəbul edəndir. Siz bir daha belə işlər etməyin və savab əməllərinizi çoxaldın. Daha ətraflı:

Abort etdirdiyimə görə Allahdan bağışlanma diləmək olarmı?

    08.06.2016
Sual: 
Biliramki abort gunahdi. Namaz qilan ucun daha gunahdi.axi men neylayim.3-ovladim var.daha besumdi.abortdan sinra namazda gunahimin bagislanmasini istasam bu duzgundirmi?
Cavab: 
Salam aleykum. Elə bir günah yoxdur ki, o günaha görə Allaha səmimi qəlbdən tövbə edilsin, lakin Allah bu günahı bağışlamasın. Ona görə siz tövbə edin və bir daha belə günaha düşməmək üçün müəyyən tədbirlər görün. Daha ətraflı: 

İstimna etməkdən necə xilas olum?

    30.05.2016
Sual: 
Salam,mən davamlı masturbasiya ilə məşğul oluram,tərgidə də bilmirəm,məşğul olduqdan bir neçə gün sonra şəhvət hisslərim yenidən gəlir,narahat oluram,sonda da məşğul oluram və rahatlayıram,tövbə edirəm ancaq hər dəfə pozub günaha yenidən dalıram.Bu günahı tərgidə bilmək üçün oruc və ibadətlərdən əlavə nələri etmək faydalıdır?
Cavab: 
Və aleykum Salam. Bu cavabı oxuyun: Masturbasiyadan qurtulmaq üçün nə etmək lazımdır?
 

Allaha verilən sözü tuta bilməyən nə etməlidir ki, bağışlansın?

    26.05.2016
Sual: 
Men Allaha verdiyim sozu tutmadim bunun cezasi nedir ve men ne edim? 2 men neler edim ki Allah menim gunahlarimi bagislasin?
Cavab: 
Salam aleykum. Hər bir halda Allaha tövbə etmək lazımdır. Elə bir günah yoxdur ki, Allaha səmimi qəlbdən tövbə edilsin və Allah onu bağışlamasın. Daha ətraflı:
Tövbə etsəm, Allah məni bağışlayarmı?

İçkini tərk edə bilmirəm, nə edim?

    22.05.2016
Sual: 
Salam men 6 il namaz qildim cox dini kitablar oxuyurdum ickiye ve icene nifret edirdim zevcem ve evladlarimin namaza gelmelerinede vasiteci oldum ama bir gun bir toyda icgi icdim duz 5 ildirki tovbe edirem bir nece gun namaz qiliram ama icgi gorenkimi nefsimi saxliya bilmirem icende geceler qorxu nerahatciliq hiss edirem evladlarima Quran oxumagi emr edirem ama ozume baxiram ozumden utaniram elbetde Allah bagislayan ve mehribandir ama men daha tovbe etmeyede utaniram Allahin peyqemberin ehli-beytin esqinden tez tez agliyiram dinimden uzaqlasmaq isdemirem evela menimcun dua etmenizi xais edirem

Zina etdiyim üçün Allah məni bağışlayarmı?

    15.05.2016
Sual: 
Salam eleykum.Menim bele bir sualim vardiki hansini kimese deye bilmirem.Men 17yasim olarken bakireliyimle vidalasdim sevdiyim birisi idi.4il qorusurduk mueyyen sebeblere qore ayrildik.Indi menim sevdiyim biri var onunla cinsi elaqede oldum yalniz o ele sanirki men bakire idim ondan evvel,kebin kesdik,nisan qelen il etmek isteyirik,o ele sanirki namaz qiliram yalniz hazirlasiram helede baslamamisam,tovbe etsem bagislanarammi?O kese haram dusurem?O dunyada o mene qore sorqu suala cekilecekmi?Ne etmeliyemki baqislansin qunahim?Pesimanam.Kimden sorusum ne edeceyimi bilmirem.
Cavab: 
Və aleykum Salam. Ailə qurmadan cinsi əlaqədə olmaq zina sayılır və həlakedici günahdır. Buna səmimi qəlbdən tövbə etməyənlərə şiddətli əzab verilə bilər. Ona görə də, siz bu günahdan tövbə edib namaza başlayın və Allahdan bağışlanma diləyin.

Pages