tövbə

Homoseksuallıq günahını necə unudum?

    28.07.2016
Sual: 
salam.Men daha onceden oz hemcinsimle cinsi elaqede olmusam ve bu mende artiq alide halini alib .Allaha iman getirmekden Allahdan umudumu uzmurem.amma.men nece defelerle ozumu mecbur etmisem ku unudum amma alinmir ne ede bilerem ?bu suali oz sozlerinizle cavablandirin .Bir de defelerle tovbe istigfar duasini oxuyuram qelbden urekden amma gun kecen kimi o hiss meni rahat buraqmir .Bunun boyuk gunah oldugunun da ferqindeyem .18 yasim var ve oglanam .Inanin Allaha yalvarmaqdan bir gun bele vaz kecmemisem onun yolundan donmemisem.Ne spirtli icki icirem ne siqaret cekirem ogrulugum yoxdu xayin ins
Cavab: 

Və aleykum Salam. Allaha dua edirik ki, sizi şeytanın şərindən və vəsvəsindən qorusun və böyük günahı tərk etməkdə sizə kömək olsun. Siz Allaha səmimi qəlbdən, peşman olaraq tövbə edin, günahın cəzasını oxuyub öyrənərək Allahdan qorxun və bir daha bu barədə düşünməyin.

Günahı tərk edə bilmirəm, mənə kömək edin...

    16.07.2016
Sual: 
Əssalamu Əleykum. Mən sizdən kömək istəyirəm. Mənə yardım edin.Mənim bir günahım var ondan əl çəkə bilmirəm. Tövbə edrəm ama tövbəmi saxlaya bilmirəm,tövbəmi pozuram çox peşman oluram ALLAHA dua edirəm ki,məni baqışlasın və tövbəmi təkrar edrem ama fayda olmur..defelerle pozuram tövbəmi.Mən özüm də namaz qılan oruc tutan biriyəm..Ama tövbəmi saxlaya bilmirəm.Xaiş edrem mənə məsləhət verin.Allah sizdən də razı olsun.Amin!..

Ziyarətgaha getməyin günah olduğunu bilmədən getmək günahdırmı?

    03.07.2016
Sual: 
Ziyaretgaha getmeyin gunah oldugunu soradan oyrendim.Bu gunahdi?
Cavab: 

Salam aleykum. Ziyarətgahlar və ya pirlərdə Allaha şərik qoşulduğu üçün ora getmək böyük günahdır. Bunu bildikdən sonra tövbə etmək və bir daha həmin yerlərə getməmək, əgər bacarırsınızsa, yaxın adamları da bundan çəkindirmək lazımdır. Daha ətraflı: 

Ramazan ayında edilən günahı necə yumaq olar?

    03.07.2016
Sual: 
Salam bilərəkdən Ramazan Ayında günah işlədim amma indi cox peşman neyləyə bilərəm xaiş edirəm bir yol göstərin
Cavab: 
Və aleykum Salam. Elə bir günah yoxdur ki, səmimi tövbə etdikdə Allah onu bağılamasın. Bundan sonra xeyirli əməllər etmək lazımdır. Etdiyiniz günah kiminsə haqqına girməklə bağlıdırsa, həmin adamdan halallıq almaq lazımdır.

Tövbəmi pozmuşam, nə edim ki, günahım bağışlansın?

    03.07.2016
Sual: 
Salam men birdefe tövbe etdim ama sözümü tutmadim özünü cox günahkar bilirem gece gündüz gunahimin cox boyun olduğunu anniyiram. Bunun ucun men ne etmeliyemki Rebbim meni bagiwlasin.?
Cavab: 
Və aleykum Salam. Tövbəni pozduqda yenidən tövbə etmək və günahı tərk etmək üçün səbəblərdən istifadə etmək lazımdır. Bu cavabları oxuyun:
Tövbə etsəm, Allah məni bağışlayarmı?

Hansı günahlar tövbə etsək də bağışlanmır?

    29.06.2016
Sual: 
Öngelikle ve aleykum salam. Allahin tövbeyle bele bagiwlamdigi gunahlar hansilardir ve en biyuk günahlar hansi gunahlardir
Cavab: 
Salam aleykum. Elə bir günah yoxdur ki, Uca Allah bu günaha görə tövbə edəni bağışlamasın. Yalnız kiminsə haqqına girdikdə sağ ikən ondan halallıq almaq lazımdır, əks halda Qiyamət günü savablarınızdan ona veriləcək və ya onun günahlarından sizə yüklənəcək. Daha ətraflı:

Pages