tövbə
İslam Universitetində təhsil almaq istəyən şəxs günahsız olmalıdır?
Aleykum aleykum. Hər bir müsəlman bacardığı qədər günahlardan uzaq durmağa çalışmalıdır, xüsusilə də dini elmləri öyrənən və başqalarına öyrədən insanlar. Lakin bilmək lazımdır ki, istər alim, istərsə də adi müsəlman olsun heç bir qul xətasız olmaz.
Keçmiş günahlarıma görə indi tövbə namazı qıla bilərəmmi?
Aleykum salam. Bir il öncə etdiyiniz günahlara görə iki rükət namaz qılıb səcdədə Allahdan bağışlanma diləyə bilərsiniz. Həmçinin bu linkləri oxuya bilərsiniz:
Tövbə namazı necə qılınır?
Bilmədən donuz əti yemişəm. Bunun mənə günahı varmı?
Və aleykum Salam. Bunun sizə heç bir günahı yoxdur. Çünki bu bilərəkdən baş verməmişdir. Uca Allah buyurur: "Səhvən (bilmədən, qəsdisiz) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var).
Riyakarlıq hissindən necə xilas ola bilərəm?
Aleykum salam. Bilmək lazımdır ki, riyakarlıq hiss yox, əməldir. Allah Təala Öz mübarək kitabında riyakarlıq edənlər haqda belə demişdir: "Ey iman gətirənlər!
Hicabla bağlı sual
Aleykum salam. İnşallah buna görə sizə heç bir günah yazılmaz. Çünki bu qəsdən edilməmişdir. Allah Təala buyurur: "...Səhvən etdiyiniz əməllərə görə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir".
Hər gün eyni günahları davamlı şəkildə edirəm. Bunun qarşısını necə alım?
Aleykum salam. Günahdan yalnız Allaha itaət etməklə çəkinmək olar. Bu itaətin ən başlıcası isə namazdır. Həmçinin, Allaha çoxlu dua edin ki, Allah sizi günahlardan təmizləsin. Allahı çoxlu zikr edin, günaha aparan əməllərdən və insanlardan uzaq durun.
Allah zina edəni bağışlayarmı?
Aleykum salam. Şəriətə görə qadının qadına şəhvətlə meyl etməsi günah sayılır. Kim tövbə edib bir daha həmin günaha qayıtmazsa, Allah onu bağışlayar.
Dərman atıb uşağımı salmışam
Aleykum salam. Qadının sağlamlığı ilə bağlı zəruri bir səbəb olmadan uşağı salması (abort etməsi) günahdır. Allahdan bağışlanma diləyin və bir daha bu günaha qayıtmayın.
Günahlardan necə xilas olmaq olar?
Aleykum salam. Cavabı buradan oxuyun: Günahdan əl çəkmək üçün nə etmək lazımdır?