tövbə
Günahlardan təmizlənmək üçün oruc tutmaq olarmı?
Aleykum salam. Oruc tutmaq gözəl və bəyənilən bir əməldir. Ümumi olaraq hər bir yaxşı əməl pis əməlləri silib aparır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Günah etdikdə ardınca savab iş gör ki, onu silsin". (Tirmizi və Əhməd).
Məcburən and içmişəm, andımı poza bilərəmmi?
Aleykum salam. Bəli, siz andınızı poza bilərsiz və yaxşı olardı ki, üç gün oruc tutasız. Uca Allah buyurur: "Allah sizi bilmədən içdiyiniz andlarınıza görə cəzalandırmaz, lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar.
İçkili halda Quran olan otağa daxil olmaq olarmı?
Aleykum salam. Qurani Kərim Uca Allahın kəlamıdır. Qurani Kərimə hörmətlə yanaşmaq, Uca Allaha olan imandan irəli gəlir.
Tövbə namazı necə qılınır?
Va aleykum Salam. Tövbə etmək üçün namaz qılmaq vacib deyil, amma istəyən qıla bilər.
Allahın buyuruqlarına əməl etməyənlərin aqibəti necə olacaq?
Aleykum salam. İnsanın aqibəti Uca Allahdan başqa heç kəsə məlum deyildir. Uca Allah Qurani Kərimdə Ona iman gətirib yalnız Ona ibadət edən və yaxşı işlər görən bəndələrinin aqibətinin gözəl olacağını vəd edir.
Namaz qılmayanın tövbəsi qəbul olunurmu?
Aleykum salam. Namaz qılmayan Uca Allaha tövbə edirsə, tövbəsi qəbul oluna bilər. Uca Allaha tövbə edən bilir ki, günahları bağışlayan və onlara görə cəza verən yalnız Uca Allahdır.
Namaz qılmasam, Cənnətə girə bilərəm?
Aleykum salam. Günahlardan tövbə etmək təqdirəlayiq əməldir. Lakin namaz qılmamaq özü bir günahdır, həm də böyük günahdır.
Namaz qılıb tərk edən yenidən namaza necə qayıda bilər?
Aleykum salam. Hidayətə gələn əksər insanlar bu cür problemlə üzləşir. Çünki insan dinə gələndə imanı qüvvətli olur, ibadətlərini həvəslə yerinə yetirir, günahlardan asanlıqla çəkinə bilir, günah etdikdə dərhal tövbə edir. Bir müddət keçdikdən sonra dində zəifləməyə başlayır.
Tövbə etdikdən sonra yenidən günaha qayıtmaq istəyirəm...
Aleykum salam. Əgər o iş günahdırsa, qayıtmaq olmaz. Əks halda, nəyisə özünüzə qadağan etmisinizsə, bu halda müəyyən şərtlər daxilində olar (o işin nə olduğundan asılı olaraq)