təmizlənmə

Təkrar qüsl alanda bədənimi və saçımı yenidən sabunla yumalıyam?

    07.04.2016
Sual: 
Salam cenabet qusulu aldiqdan sonra qusl pozulsa yeniden qusl alanda sacimi bedenimi sanpunla yumaliyam yoxsa suyun altina girib quls alsam qebul olarmi?xais edirem cavab verin.
Cavab: 
Və aleykum Salam. Qüsl aldıqda sabundan və ya şampundan istifadə etməyə ehtiyac yoxdur. Qüsl almaqda məqsəd hər yerə suyun dəyməsidir.
Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

İçkili insanla əl ilə görüşmək qüslu pozurmu?

    03.04.2016
Sual: 
Berber iwleyen wexsin yanina her gun ve yaxudda teztez spirtli icki qebul eden muwteriler gelir ve onlar enenevi olaraq berberle el verib salamlawirlar.O zaman berber her defe qsul vermelidirmi ve yaxud ne vaxt qsul vermelidir?
Cavab: 
Salam aleykum. İçkili, sərxoş insanla əl ilə görüşmək qüslu pozmur. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Pages