təmizlənmə

Yatmazdan qabaq zikrləri etsəm də yenə yuxuda cünub oluram...

    07.03.2016
Sual: 
Salam aleykum.Menim sualim bele olacaq men gece yatarken seher subh namazina qalxdiqdan sonra namazimi qiliram ama sonra mende meni xaric olur ve sizden xahiw edirem ki men ne edim ki mende bu hal bas vermesin bunun ucun dua varsa dua yada bir meslehet edin.Ve bunun da deyim gece yatarken Ayetel-Kursi oxuyuram oda kifayet etmir xahiw bunun ucun mene care tapin.Evvelceden Allah razi olsun.
Cavab: 

Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinəsalavatı və salamı olsun) belə buyurmuşdur: "Ey cavanlar topluluğu, sizdən evlənməyə gücü çatanlar evlənsin, çünki evlilik gözü harama baxmaqdan son dərəcə saxlayan, iffəti də ən yaxşı qoruyandır.

Evdə suyu qızdırmağa imkan yoxdursa, təyəmmüm etmək olar?

    03.03.2016
Sual: 
Salam.1.Toylarda yəhudi və xristian adət ənənələri hansılardır?2.Evdə petminutka (hamamda suyu qızdırırmaq üçün qurğu krantdan su isti gəlir)işləməyəndə su soyuq gəlir bu zaman qüsulun yerinə təyəmmüm almaq olar.3.Mən sizin sayıtda dəstəmazın yazılışını görmüşdüm.Amma youtubedəki videoyla üst-üstə düşmürdü.Bu nəylə əlaqədardır.4.Evdə tək olanda və yaxud qadınlar arasında oynamaq olar.Həm də telefondan,musiqi kalonkasından gələn musiqinin səsiylə oynamaq olar.5.Naməhrəmlə danışmaq olar.Məsələn mən sinifyoldaşımla bibimoğluyla söhbət edirəm bu düzgündür.Amma danışmasamda olmaz axı.Çünki ünsiyyət
Cavab: 
Və aleykum Salam. 
1. Bu cavabı oxuyun: İslamda nikah və toyun qaydaları necədir?

Heyz zamanı geyilən paltarda namaz qılmaq olarmı?

    02.03.2016
Sual: 
Salam. Sual1.qadın heyz zamanı bir paltarı geyinərsə, heyz bitəndən sonra həmin paltarı (əgər qana deymeyibse), qüsl aldıqdan sonra geyinməsi icazəlidir mi? Sual 2. Ayaq yoluna girdiyi paltarla dəstəmaz alıb namaz qılmaq olar? Allah razı olsun sizdən.
Cavab: 
Və aleykum Salam.
1. Əgər paltara heyz qanı və ya başqa bir nəcis sayılan şey dəyməyibsə, bu paltarda namaz qılmaq olar.
2. Həmçinin, ayaq yoluna girdiyiniz paltarla, əgər paltara nəcis dəyməyibsə, bu paltar təmiz sayılır və bu paltarda namaz qılmaq olar.

Qüslu vacib edən hal olduqda təyəmmümü necə etməliyəm?

    02.03.2016
Sual: 
SALAM ALEYKUM BAGISHLAYIN SUALIM UCHUN MEN YATIB MESELEN YUXUDA CUNUB OLMUSHAM GEYIMIMI DEYISHMEYE VE QUSUL ALMAGA IMKANIM YOXDU NECE EDE BILEREM. XAHISH EDIREM SUALIMI CAVABLANDIRASIZ. BU BASHDAN CHOX SAGOLUN.
Cavab: 
Və aleykum Salam. Yuxuda cünub olan və ya ümumiyyətlə cənabət halına düşən adam qüsl ala bilməsə, bulaşan yerləri su ilə təmizləməlidir. Sonra təyəmmüm alıb namaz qılmalıdır.

Cinsi əlaqədən sonra bulaşan yerləri yumaq qüsl sayılırmı?

    29.02.2016
Sual: 
Salam men bilmek isderdimki cinsi elaqede olandan soram hemin yeri sabunla yuyub qusul vermek olarmiki cimmiyesen deye
Cavab: 
Və aleykum Salam. Cinsi əlaqədən sonra bulaşıq yerləri yumaq qüsl üçün kifayət etmir. Qüslda məqsəd bədənin bütün yerlərinə suyun dəyməsidir. Daha ətraflı:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Qadının ön tərəfindən çıxan yel dəstəmazı pozurmu?

    29.02.2016
Sual: 
Əssəlamu aleykum.Qardas uzr isteyirem qadında ön terefden yel cıxdıqda destemaz pozulur?
Cavab: 

Və aleykum Salam. Qadının ön tərəfindən yel çıxdıqda dəstəmaz pozulmur. Kim desə ki, filan şey dəstəmazı pozur, hökmən dəlil gətirməlidir. Çünki, iddia edən odur. Dəstəmazı hansı amillərin pozması haqda Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) bəyan edib.

Pages