təmizlənmə

Heyz halından sonra az miqdarda açıq rəngli qan gəlsə, qüsl pozulurmu?

    27.03.2016
Sual: 
Salam men aybasi olub qurtarandan sonra qusl alib sabah namazini qildim gunorta namazindan evvel baxdim ki qoydugum parcaya aciq rengde sulu qan bulasib bu menim quslumu pozurmu yoxsa men destemaz alib namazimi qila bileremmi?
Cavab: 
Və aleykum Salam. Bu hal heyz qanından sayılmır. Çünki, heyz qanı adi qandan rənginin tündlüyünə görə fərqlənir. Ona görə bu hal sizin qüslunuzu pozmur. Daha ətraflı: 

Dəstəmaz alarkən "vacib" sözünü demək lazımdır?

    23.03.2016
Sual: 
Essalamu Eleyke. 1 ci sualim: Destemaz alarken VACIB sozunu demek lazimdir ya yox ? 2 ci sualim: Destemazda niyyetde deyilen sozde " ilellah " sozudur men bele bilirem, bugun Mescidde bir nece Momin qardashlarla mubahise olundu deyirlerki " ilellah " deyil " illellah " deyilmelidir. Hansi duzgundur ? onceden teshekkurler
Cavab: 
Və aleykum Salam. İləllah - Allaha, İlləllah - Allahdan başqa deməkdir. Lakin, hər bir halda niyyəti dil ilə deməyin dində əsası yoxdur. Yalnız həcc mərasimində hacılar həcc edərkən niyyətlərini dilə gətirərək müəyyən sözlər istifadə edirlər. Daha ətraflı:

Körpə uşaq evi batırdığı üçün qılınan namazlar batil olurmu?

    20.03.2016
Sual: 
Salam Men namaz qiliram ama evde usaq var ev sidikle murdarlanim bu namazimi batil ede biler
Cavab: 

Və aleykum Salam. Dində çox dərinə getmək qadağandır. Gördüyünüz bulanmış yeri yaş əski ilə təmizləsəniz, ora artıq təmiz sayılır. Belə hallarda şübhədən qorunmaq üçün namaz xalçası üzərində namaz qılmaq daha yaxşıdır.

Şəhvət hissi olduqda sulanma qüslu pozurmu?

    17.03.2016
Sual: 
salam aleykum, men yoldasımla qucaqlasanda, bezen o meni öpende, mende sulanma baş verir. Yoldaşımla elaqeye girmirik, sadece qucaqlasıb öpüşende mende cinsel organımda sulanma baş verir. Axıntı gelir. Bu da zevk suyudur men bılen?? Bu qüslu pozur? Allah razı olsun. Sualım ucun de cox Üzr ısteyırem. Cox vacıbdır.
Cavab: 
Və aleykum Salam. Dediyiniz hal baş verdikdə dəstəmaz pozulur. Qüsl isə cinsi əlaqə zamanı pozulur. Daha ətraflı:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?

Quran oxuyarkən heyz olmaq həmin surənin qəbul olmaması deməkdirmi?

    14.03.2016
Sual: 
Salam. MƏN Ta-ha sürəsini sonuncu dəfə yəni 7- sini oxudum.( Ta-ha sürəsi 7dəfə)oxunmalıdır. Axrııncını yəni 7cini oxuyub qurtarandan sonra quranı örtdüm əlimə alıb ayaga duranda mənim aşagı hissəmdən yəni övrət yerimdən qan gəldi. İndi bilmək istirəm mənim bu sürəm düzgün sayılır yoxsa səf yəni mən bu sürənin sonuncusunu 7sini təzədən oxumalıyam yoxsa qəbul olunmuş sayılır.Xahiş edirəm cavab yazın zəhmətolmasa.
Cavab: 
Və aleykum Salam. "Ta Hə" və digər surələri istədiyiniz qədər oxuya bilərsiniz. Bu haqda heç bir məhdudiyyət və ya müəyyən say yoxdur. Ona görə də həmin surəni yenidən oxumağa lüzum yoxdur. Amma Qurandan oxuduğunuz surənin qəbul olub-olmaması anlayışı dində yoxdur.

Dəstəmazım tez-tez pozulur, necə namaz qılım?

    08.03.2016
Sual: 
Salam. Menim destemazım tez tez pozulur. Men 1 defe destemaz alıb,zöhr namazını, sonra ise əsr namazını qılıram. (Destemazım tez pozulur deye çox vaxt zöhr namazının son deqiqlerinde qılıram ki, esr namazının vaxtı giren kimi onu da qılım deye) sizce men düz edirem? Allah sizden razı olsun.
Cavab: 
Və aleykum Salam. Bu cavabı oxuyun: Dəstəmazı tez-tez pozulan adam necə namaz qılsın?

Pages