xurafat

Yuxuda pirə ziyarətə getmək nə anlama gəlir?

    18.07.2022
Sual: 
Salam. Mən bir yuxu görmüşəm. Yuxuda görürəm ki, nənəmlə birgə Bu günə qədər heç adını eşidmədiyim, tanımadığım Seyid Lazım Ağanın ziyarətinə gedirəm. Səhər oyanıb internetdə adını yazıb axtardım, ki ümumiyyətlə belə bir adam varmı? Həqiqətən də Ağdamda halhazırda onun ziyarəti varmış. Tanımadığım heç bilmədiyim bir Seyidin belə yuxuma girməsi nə anlama gələ bilər?
Cavab: 

Va aleykum Salam. Bu, şeytanın sizə şirk etməklə bağlı etdiyi vəsvəsədir. Pirə getmək Allaha şərik qoşmaq kimi böyük günahdır, günaha təhrik edən yuxular isə şeytandandır. Bu cavabları oxuyun:

Ailəm yasa görə xeyir işi uzadırsa, nə edə bilərəm?

    11.07.2022
Sual: 
Mənim 25 yaşım var evlənmək istiyirəm amma ailəmin xurafatlara inanan insanlardı yasa görə uzadırlar amma mənim taqətim qalmıyıb gözləməyə qorxuram günaha düşəm ailəmnən danışmışam xahiş etmişəm deyir yası gözləməliyik mən bu hissi boğa bilmirəm mənə məsləhət verin zəhmət olmasa indidən çox sağolun Allah razı olsun
Cavab: 

Əssələmu aleykum. Şəriətə görə ölən insan üçün üç gündən artıq yas saxlamaq qadağandır. Yalnız əri ölmüş qadın dörd ay on gün yas saxlayır. Əgər harama düşmək təhlükəsi varsa, bu halda evlənmək istədiyiniz qızla kəbin kəsin.

Pages