Fatimənin ölənə qədər Əbu Bəkrdən küsülü qalması doğrudurmu?
Sual:
Salam Aleykum.Sizdən Fədək bağı haqqında sorumaq istərdim.Bildiyimiz kimi Ebu Bəkr.r.a Fədəyi Fatimə.r.a anamıza vermədi Peyğəmbərimiz s.a.v-in etdiyi kimi etdi.Bunlar mənə aydındı.Sualım budurki Buxaridə bu mövzu haqqında Fatimə r.a anamızın bu hadisədən sonra 6 ay yaşayıb və o 6 ay müddətində Hz.Ebu Bəkr r.a-nı danışdırmayıb,küsüb? bu doğrudurmu ?Belə bir hədis var?
Buxarinin kitabı məndə yoxduki özüm oxuyam.Xaiş edirən suallarma dəlilnən cavab verin.Allah elminizə bərəkət versin.Amin ecmain
Cavab:
Və aleykum Salam. Fatimənin, Əbu Bəkrə qarşı qəzəblənməsi və qəzəbli halda dünyasını dəyişməsi onun barədə yayılan bu məlumat çox məşhurdur. Lakin səhih rəvayətə görə Əbu Bəkr sonradan Fatimənin könlünü almış və o da Əbu Bəkrdən razı qalaraq dünyasını dəyişmişdir.