"Allah, Məhəmməd, ya Əli" demək şirkdirmi?
Sual:
Kimse bele dese Allah,Mehemmed,ya Ali dedim,niyetim Allaha şerik qoşmaq deyildi sadece Allah menim Rebbim,Mehemmed menim Peygemberim(Sallallahu aleyhi ve sellem) Eli menim imamidi,Boyük şirk edir?
Cavab:
Əssələmu aleykum. Sözsüz ki, əməllər niyyətlərə görədir. Əgər kimsə belə deməklə Allahla yanaşı kimdənsə kömək istəmək deyil, sadəcə "Allah Rəbbimdir, Muhəmməd peyğəmbərim, Əli isə imamımdır" deməyi nəzərdə tutur, lakin cahilliyindən bu ifadəni işlədirsə, bunu deyən kəs şirk etmiş olmur.