Məhərrəm ayında xına qoymaq olarmı?
Məhərrəm ayında yas saxlamaq olarmı?
Salam aleykum. Qardaşınızın sizin namaz qılmağınızı tənqid etməyə haqqı yoxdur, çünki namaz Uca Allahın hamıya olan əmridir. Uca Allah buyurur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım". (əz-Zariyat, 56).
Salam aleykum. Məhərrəmlik adında deyil, Məhərrəm adında ay var və hər bir ayda olduğu kimi Məhərrəm ayında da kəbin etmək olar. Bunun üçün heç bir qadağa yoxdur. Daha ətraflı: Məhərrəm ayında yas saxlamaq olarmı?
Və alekum Salam. Siz övladınızı tərbiyələndirmək məqsədilə başa və üzə vurmadan və buna adət etmədən, yüngül vura bilərsiniz. Bu məsələdə adın əhəmiyyəti yoxdur. Daha ətraflı: Sözə baxmayan azyaşlı övladı döymək olarmı?
Və aleykum Salam. Vəfat etmiş şəxsə yas saxlamaq üçün onun şəklini profilə qoymaq olmaz. Daha ətraflı: Şəriətə uyğun dəfn mərasimi necə olmalıdır?
Və aleykum Salam. Əlinin (Allah ondan razı olsun) Kəbədə doğulması haqda olan rəvayətlər uydurmadır. Heç kim Kəbədə doğulmayıb. Hər hansı bir şəxsin Kəbədə doğulması Kəbəyə hörmətsizlikdir. Çünki, insan doğulanda qadında müxtəlif hallar olur.