xurafat

Əl natəmiz olduqda ona salavat vermək lazımdır?

    12.02.2016
Sual: 
El natemiz olduqda salavat vermek olar.Destnamaz aldiqda salavat vermeliyik
Cavab: 
Salam aleykum. Əl və ya hər hansı başqa bir yer natəmiz olduqda onu yumaq kifayət edir. Bunun üçün xüsusi sözlər yoxdur. Həmçinin, nə əl natəmiz olduqda, nə də dəstəmaz aldıqda salavat deməyə ehtiyac yoxdur. Hər hansı bir ibadəti etmək üçün əvvəlcə buna dəlil gətirmək lazımdır.

Pis şeylər fikirləşirəm, bu əsəb xəstəliyi ola bilərmi?

    12.02.2016
Sual: 
Salam men evvel 3 ay bundan qabaq ozumu cox pis his edirdim ela bilirdimki mene nese olacaq getdim Qura acdirdim edi ki mokem qorxmusan toxuntusu var dua yazdi kecdi tezeliycan tek olanda iw gorende yena hemen fikirler yena gelir birde herden oz adimi ewidirem ela bilirem meni kimse caqirir ya anam ya bacim bu nevrozun elameti olar zehmet olmasa tez cavablandirin
Cavab: 

Və aleykum Salam. Qorxudan xilas olmaq üçün molla yanına gedib Quran açdırmaq düz deyil. Məgər Quranda sizin haqda bir şey var? Bu üsul falçıların üsuludur. Bundan da bəzi mollalar istifadə edirlər. Halbuki, Quran açmaq fala baxmaq kimidir.

Pages