Evlənəcəyim təqdirdə namaza başlamağa niyyət etmək düzgündürmü?
Sual:
Salam Aleykum. Sevdiyim Insanla Evlenmek Ucun Niyet Etdimki Onunla Evlene Bilim Namaz Qilmaqa Baslayacam Ve 1 Ayda Niyet Orucu Tutacam. Menim Sevdiyimle Evlene Bilmek Ucun Tutdugum Niyet Gunah Sayilirmi?
Cavab:
Və aleykum Salam. Namaz qılmaq kimi fərz əməlləri hansısa niyyətin həyata keçəcəyi təqdirdə etməyi düşünmək doğru deyil. Uca Allah namaz qılmağı hamıya vacib buyurmuşdur: "Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım". (əz-Zəriyət, 56).