İşlə əlaqədar namazı öyrənə bilmirəm...

    03.09.2021
Kimdən: 
Muhammed Lezgi Balasi
Sual: 
as salamu aleykum .Menim 3 sualim var xais edirem cavab verediz.1-mrn isde oldugum icun namazi oyrene bilmirem saqqal saxlaya bilmirem 2- yol gede gede zikr etsem qebul olunarmi? 3- qeza qeder haqqinda aydin danisardizda mene cox qaranliq qalib 4 namaz qilmayib oruc tutsam zikr etsem qebul olarmi? onceden tesekkurler
Cavab: 
Və aleykum Salam. 
1. Təəssüf ki, bir çox insanlar dünyanı Axirətdən üstün tuturlar. Əgər bir insana iş yerində müdiriyyət hər hansı məlumatı əzbərləməyi tapşırıb, əks təqdirdə işdən çıxaracağını bildirərsə, həmin insan nəyin bahasına olursa-olsun onu əzbərləyər. Uca Allah buyurur: "Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz; Axirət isə daha xeyirli və daha sürəklidir" (əl-Əla, 16-17). İş, dərs və s. şeylərə görə namazı təxirə salmaq olmaz. Uca Allah buyurur: "O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. Bu ona görədir ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah istədiyinə hesabsız ruzi verir". (ən-Nur, 37-38). Odur ki, namazı öyrənib qılmaq lazımdır, əgər qəlbən istəsəniz, Uca Allah bunu sizin üçün asanlaşdırar. Uca Allah buyurur: "Allahdan qorxana, Allah çıxış yolu göstərər". (ət-Talaq, 2). Namaza yeni başlayanlar namazı tam öyrənənə qədər sözlərini vərəqdən oxuya bilərlər. Zəruri hallarda isə namazı birləşdirmək də olar. Ətraflı oxuyun:
2. Yol gedərkən zikr etmək icazəlidir və Allah Onun rizası üçün edilən bütün xeyir əməlləri bəndəsindən qəbul edir. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Allahı hər bir halda zikr edərdi. (Muslim, 373). Həmçinin oxuyun:

3. Bu cavabları oxuyun:

4. Bu cavabları oxuyun:


Teqlər: 
Paylaş: