Allah Rəsulunun köləliyə münasibəti necə olub?
Salam aleykum. İslama qədərki dövrdə köləlik ən pis formalarda mövcud idi. Buraya müharibə zamanı ələ keçirilən əsirlərin kölələşdirilməsi, insan oğurluğu, azad insanın borcunu ödəyə bilməyərək köləyə çevrilməsi, ehtiyac üzündən kölə olmaq və digər hallar daxil idi.