Əməl etmədən günah olan şeyləri düşünmək günahdırmı?
Salam aleykum. İnsan ağlına gələn fikirlərə əməl etmədikcə cəzalanmır. Pis fikirlər şeytanın vəsvəsidir. Pis fikirləri qovmaq üçün isə Uca Allahı çoxlu zikr etmək lazımdır, əks halda fikirlər insanı pis əməllərə apara bilər. Bir sözlə günah düşüncədən əmələ keçməzsə, cəzası olmaz.