Sual:
ƏsSələmu aleykum. Yediyimiz bir çox şeydə misal üçün şokolad, dondurma, biskvit, kolbasa, saqqız, rengli sular, saç üçün jele və s qidalarda donuz yağı və piyi (E471), karmin böcəyinin qanı (E120) maddələri olur. Bunlar haram hökmünə girirmi? Belə ki, yediyimiz çörəyin belə drojunu donuz piyindən hazırlanan (E471) maddəsi ilə hazırlayırlar. Məqsəd qidanın uzun müddət qalmasıdır. Əsas məqsədlərinin nə olduğunu Allah bilir təbii ki. Xahiş edirəm ətraflı cavab hazırlayın bu haqda. Bəzi alimlər qəti şəkildə haram olduğunu bildirib.