şübhələr

Aşağıda sadaladığım şeylərə görə İslama inanmıram...

    11.11.2014
Sual: 
Niye İslama inanmiram??? Evrənin yaşı - 17.300.000.000 il Dünya - 4.500.000.000 il Yaşana biləcəy atmosferi olan dünya -3.500.000.000 il Tək hüceyrəli canlılar - 2.800.000.000 il Çox hüceyrəli canlılar -2.000.000.000 il İnsanlar - 200.000 il Çox tanrılıq -8.000 il Tək tanrııçılıq - bu müsəlman tanrısı deyl - 4.000 il Bunun evezine Tanri dunyani 5 gune yaratdir. Hevvani da Ademin qabirgasindan yaratdi. Habil de Qabili (ya da eksine) virub öldürdü. Və sonra??? Hı sonra da biz yarandıq. Nağılına inanmadığım üçün. Buna bir cavabınız varmı??
Cavab: 

Əvvəlcə rəqəmlərdən başlayaq, burda bəzi rəqəmlərin sübutu yoxdur, məsələn, tək tanrıya ibadət etməyin tarixi kimi.

Namazda neçənci rükətdə olduğuna şübhə edən nə etməlidir?

    10.11.2014
Sual: 
Salam mən namazın rukətlərində tez-tez şəkk edirəm. Nə etməliyə?
Cavab: 

Salam aleykum. Namazda rükətlərin sayını unutmaq şeytanın vəsvəsəsi nəticəsində olur. Pey­ğəmbərimiz (salləllahu aleyhi va səlləm) demişdir: "Namaz üçün azan ve­ri­ləndə şeytan bərkdən yel buraxaraq qaçır ki, bu çağırışı eşitməsin, azan qur­tar­dıqda isə geri qayıdır.

Namazın sözlərini səhv dediyinə şübhə edərək təkrar demək namazı batil edirmi?

    26.10.2014
Sual: 
Salam. Mən namazda sözləri düzgün dediyimə şəkk edəndə onu bir daha təkrar deyirəm. Və həmçinin təsbihati ərbəənin üçlüyünə şəkk edib dördüncü dəfə də deyirəm. Bunlar namazımı batil edirmi?
Cavab: 

Aleykum salam. Namazda sözləri səhv dedikdə və ya çaşdıqda təkar deyə bilərsiniz və bu hal namazı batil etmir. Amma çalışın bu şeyin üzərində çox durmayasız və sizdə vərdiş halı almasın. Çünki adət halına keçsə, namazın savabını azalda bilər.

Allah haradadır və Allah hər yerdədir demək olarmı?

    16.10.2014
Sual: 
Salam aleykum, men dedimki Allah hər yerdədir, amma qarşımdakı adam dediki bununka küfrə düşmüş olaram. Belə demək olmazmi?
Cavab: 

Aleykum salam. Quran ayələrinə və Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) səhih hədislərinə əsasən Uca Allah göylərdən yuxarıda Ərşin üzərindədir. Allah hər şeydən Ucadır və Ondan yuxarıda heç bir şey yoxdur: "Mərhəmətli Allah Ərşə ucaldı".

Hədis və ayə ziddiyyəti, yoxsa anlaşılmazlıq?

    13.09.2014
Sual: 
Assalamualeykum. belə bir hədis var ki rəssamlar cəhənnəm əhlidir.Amma Allahu Təala da buyurb ki mən isdədiyim qulumu bağışlayar isdədiyimi cəzalandıraram.mən də biraz şübhə yarandıki hədisdə qəti hökm var.ama ayədə də deyilir ki bağışlanma ehfimalı hərkəsin ola bilər.bun aydınlıq gətirə bilərsiz?
Cavab: 
Aleykum salam. Hədislər və ayələr ziddiyət təşkil etmir, əksinə, bir-birini tamamlayır və izah edir. Hədisdə ruhu olan məxluqların (insan, heyvan və s.) şəklini çəkməyin Cəhənnəmə aparan günah olduğu bildirilir.

Allahın birliyinə dair şübhələrdən necə xilas ola bilərəm?

    12.09.2014
Sual: 
Salam,menim problemim subhedi.mende ALLAHIN birliyine dair subhe olur.qurtula bilmirem cavabini versem bir basqa curesi olur.belke size sacma gelse de menim heqiqeten komeye ehtiyacim var.duzelmek isteyirem
Cavab: 

Aleykum salam. Sizin şikayət etdiyiniz bu vəsvəsələr və sizə gələn bu fikirlər sizin imanınızın sadiq olmasına dəlalət edir. Bu vəsvəsələrlə şeytan indi o sadiq imanı, sizin əlinizdən almaq istəyir.

Nəyə görə sələfilər saqqal saxlayıb bığlarını qırxır və şalvarlarının balağı topuqdan yuxarı olur?

    05.08.2014
Sual: 
Niye selefiler saqqal saxlayib biqlarini qirxirlar?salvarlarinin eteyi topuqdan yuxari olur?
Cavab: 
Salam aleykum. İlk öncə siz sələfilik haqqında bu cavabı oxuyun: Sələfilik nədir və sələfilər kimə deyirlər?

Allah əvvəlcədən bəndənin Cəhənnəmə düşəcəyini bilirsə, onu niyə yaradır?

    25.07.2014
Sual: 
Bilirik ki,Allah hər şeyi əvvəlcədən görən və biləndir,Allah yaratdığı bəndəsinin yaratmamışdan cəhənnəmlik olduğunu bilir deməli,bəs onu niyə yaradır?Əzab çəksin deyə?
Cavab: 

Salam aleykum. Allahın insanın yaratmasında məqsəd onu Cəhənnəmə salmaq yox, insanın Ona ibadət etməsidir. Allah əvvəlcədən insanın Cəhənnəmə düşəcəyini bilsə də, insan Cəhənnəmi öz əməlləri ilə, öz günahlarına görə qazanır.

Orucun pozulacağı haqqında daim şübhə və qorxuda olmaq

    22.07.2014
Sual: 
Salam. Mən oruc tutandan bəri fikrim qalıb (çox çox üzr istəyirəm) cinsiyyət üzvümdə, o mənada ki, bütün günü fikirləşirəm, qorxuram ki, nəsə ifraz olunsun və ürəyim şübhələr içində qalsın. Tez-tez qorxu içində yoxlayıram. Heç şəhvətə qapanmıram, çox uzağam şəhvətdən, amma di gəl ki, qorxduğum yenə başıma gəlir. Bu gün oruclu halda ifraz olundu yenə. Hətta tez-tez şeytan vəsvəsə edir gözümün önünə pis şeylər gəlir, qorxudan ürəyim partlayacaq. Orucum pozulmasın deyə var-gəl edirəm bütün gün. Bütün gün nəsə gələcək hissi var üzərimdə, (idrar qaçırma kimi).
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz hal şeytanın vəsvəsə üsullarından biridir. Vəsvəsə ilə mübarizə aparmaq yox, ona əhəmiyyət verməmək lazımdır. Sizə belə fikirlər gəldikdə fikir verməyərək orucunuza davam edin.

Valideynlərim deyir ki, namaza başlasan sübhə dura bilməyəcəksən. Mən nə edə bilərəm?

    03.07.2014
Sual: 
salam menim 16 yasim var namaz qilmaq cox isteyerem ancaq valideyinlerim icaze vermir ki sen seher sub tezden oyana bilmezsen teze baslasam gunde bir defe ede bilerem ?nece mene komek ede bilersiz etrafli saq olun
Cavab: 

Aleykum salam. Hətta siz sübh namazlarına dura bilməsəniz belə inşallah namaz qılmağa başlayın. Nə vaxt yuxudan dursanız sübhün qəzasını həmin vaxtı qılarsız. Əsas odur ki, başlayasız.

Pages