şəxslər

Pirlər peyğəmbərlərin qəbirləridirmi?

    09.05.2014
Sual: 
Salam aleykum. Men bilirem ki, pirlere getmek duzgun deyil. Amma bir nefer mene dedi ki, guya pirler Peyqemberlerimizin qaldigi yer olub. Meselen, Xidirzinda adlanan pir heqiqeten Xizir peyqemberin qaldigi yerdir? Allah 124000 peyqember gondermishdir. Pirlerin peyqemberlerle elaqesi varmi? Men duzu inanmiram. Allahi qoyub pirlere dua edirler.
Cavab: 

Aleykum salam. Muhəmməd peyğəmbərdən (salləllahu aelyhi və səlləm) başqa heç bir peyğəmbərin qəbirinin yeri məlum deyil, ona görə də, bu iddialar batildir. Pirlər peyğəmbərlərin (Allahın onlara salamı olsun) dəfn olunduğu yer olmuş olsa belə, onlara ibadət etmək olmaz.

Süleyman peyğəmbər haqqında

    08.05.2014
Sual: 
Salam aleykum. Size Suleyman peygember haqqinda sual vermek isteyirem. Suleyman peygemberin kralligi var idi. Neche yuz dene heyat yoldashi var idi. Deyesen onun qadinlarindan bezileri Allaha deyil, bezi butlere inanirdi. Men bir yerde oxumushdum ki, Suleyman peygember yolunu shashiraraq Allaha sherik qoshmushdu ve yoldashinin sitayiş etdiyi butlere inanmishdir. Onun oglu Davud ise heç bir zaman Allahdan qeyrisine inanmamishdir. Xahiş edirem ki, bu suala cavab veresiniz.
Cavab: 

Aleykum salam. Süleyman peyğəmbərin (Ona Allahın salamı olsun) Allah Təalaya şərik qoşması mümkün deyildir. Çünki peyğəmbərlər (Onlara Allahın salamı olsun) nəinki, şərik qoşmaq günahından, bütün asiliklərdən qorunurlar.

İmam Mehdi necə zühur edəcək?

    04.05.2014
Sual: 
Salam aleykum. Menim qaynimin oglunun adi Sahibdir ve onun 4 yashi var. Yoldashim ona "Sahib ez Zaman" deyir. Men deyirem ki, ele deme, gunahdir. Deyir ele belke bu hemin imam Sahibdir. Bu ne derecede dogrudur? Bilmek isterdim ki, imam Sahib ez Zaman nece zuhur edecek?
Cavab: 

Aleykum salam. Sahib adını qoymaqda heç bir problem yoxdur. Lakin heç bir kəsi Sahib əz Zaman (zamanın sahibi) deyə çağırmaq olmaz. Çünki zamanın sahibi (ağası) yalnız Uca Allahdır. Əslində isə həmin insana Mehdi deyilir. Mehdi əhli beytdən olan bir kişinin ləqəbidir.

Peyğəmbərlə bağlı sual

    01.05.2014
Sual: 
Salam aleykum. Bir sualda namazin vaxtlari haqqinda soruşmuşdular. Siz de sehv etmiremse, Cebrailin gelib Muhemmed peygembere qalx namaz qil demişdi ve belelikle peygember namazin vaxtlarini oyrenmişdi. Men anlamiram bu nece olur? Bes evvelki peygemberler namaz qilmayiblarmi? Qiliblarsa da ilk peygember Nuh nece namaz qilib? O nece oyrenib namazi? Birde ki, peygemberlik qirx yaşdan sonra peygemberlere verilir.Onda peygember qirx yawindan evvel nece namazi qilirdi?Yoxsa qilmirdi? Bir sualim daha var. Bir yerde yazmishdiz ki, islami ilk qebul eden Muhemmed peygember olub.
Cavab: 

Aleykum salam. Bizə məlumdur ki, bütün peyğəmbərlər (Allahın onlara salamı olsun) namaz qılıb oruc tutublar. Lakin Muhəmməd peyğəmbərdən (sallallahu aleyhi və səlləm) əvvəlki peyğəmbərlərin (Allahın onlara salamı olsun) dəqiq necə namaz qılmaları barədə məlumat yoxdur.

Pages